Aksiz bəyannaməsi Vergi Məcəlləsinin 183-cü maddəsinə əsasən aksiz ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən doldurulur.
Aksiz bəyannaməsinin elektron formada tərtib edilməsi üçün vergi ödəyicisi tərəfindən Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə edilməlidir.
Bu məqsədlə vergi ödəyicisi https://www.e-taxes.gov.az/ saytının e-Bəyannamə hissəsinin Lazımlı proqramlar bölməsindən müvafiq proqramları öz kompüterinə yükləyib səhifədə göstərilən ardıcıllıqla quraşdırmalıdır.
BTP kompüterə yükləndikdən sonra vergi ödəyicisi proqramın Fayl menyusunu seçməklə Yeni alt menyusuna daxil olur. Açılan pəncərədən Bəyannamə növündən Aksiz bəyannaməsi seçilərək Qəbul düyməsi sıxılır.
Açılan ekrandakı müvafiq bəyannamə 2 əsas Ümumi məlumat və Verginin hesablanması bölmələrindən və Əlavə 1 , Əlavə 2 bölmələrindən ibarətdir.
İlkin olaraq Ümumi məlumat bölməsi tərtib edilir. Bu bölmə 4 alt bölmədən ibarətdir.
I alt bölmənin idarə məlumatlarına aid vergi orqanı xanasında vergi ödəyicisin qeydiyyatda olduğu vergi orqanının adı , vergi dövrü xanasında bəyannamənin aylıq təqdim edilməsi, aylıq xanasında bəyannamənin hansı aya aid olması, il xanasında isə bəyannamənin hansı ilə aid olması qeyd olunur.
II alt bölmənin şəxsi məlumatlara aid vöen xanasında vergi ödəyicisinin vöeni, ödəyici tipi xanasında vergi ödəyicisinin statusuna uyğun olaraq fiziki və ya hüquqi şəxs, adı xanasında vergi ödəyicisinin adı, mobil nömrə sətirlərində vergi ödəyicisinin mobil telefon nömrələri , şəhər nömrəsi sətirlərində isə vergi ödəyicisinin şəhər telefon nömrələri qeyd olunur.
III alt bölmənin bəyannamə məlumatlarına aid əsas fəaliyyət növü kodu xanasında vergi ödəyicisinin əsas fəaliyyət növünün kodu , adı xanasında isə seçilmiş fəaliyyət koduna uyğun olaraq fəaliyyət növünün adı avtomatik əks olunur. Təqdim olunmuş əlavələrin sayı xanasında vergi ödəyicisi tərəfindən sənədlərin bəyannaməyə əlavə olunmasına zərurət yarandığı və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda bəyannaməyə əlavə olunan vərəqlərin sayı daxil edilir.
Bəyannamənin növü xanasında 4 variant seçimi var.
Əgər hesabat dövrü üçün ilkin bəyannamə göndərilirsə onda cari bəyannamə seçilməlidir. Cari bəyannamə hesabat ayı başa çatandan sonra növbəti ayın 20-sindən gec olmayaraq təqdim edilməlidir.
Zərurət yarandıqda vergi məcəlləsinin 72.5-ci maddəsində nəzərdə tutulmuş qaydada vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilir
Ləğv olma bəyannaməsi vergi ödəyicisi ləğv edildiyi hallarda seçilir.
Əgər ləğv olma bəyənnaməsinə səhv məlumatlar daxil edilmişdirsə onda həmin səhvləri düzəltmək üçün ləğvin dəqiqləşdirilmişi seçilməlidir.
IV alt bölmədə isə aksizli malların istehsalı və idxalı ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanlarından alınmış xüsusi razılığın,lisenziyanın nömrəsi, seriyası və verilmə tarixi , xüsusi razılığın qüvvəyə minmə və qüvvədən düşmə tarixi qeyd olunur.
Ümumi məlumat bölməsi tam tərtib edildiksən sonra, növbəti verginin hesablanması bölməsinə keçilir.
Verginin hesablanmasına aid bu bölmə 3 alt bölmədən ibarətdir.
Bəyannamənin aksiz vergisinin hesablanması alt bölməsində aksizli malların növləri üzrə müvafiq ölçü vahidi ilə vergiyə cəlb edilən istehsalın həcmi sütununda neft məhsulları istisna olmaqla istehsal həcmi göstərildikdə aksizin məbləği sütununda proqram tərəfindən avtomatik olaraq aksizin məbləği manatla qeyd olunur.
Bu zaman neft məhsulları üzrə hesablanmış aksiz məbləğinin bəyannaməyə daxil edilməsi üçün əlavə 1-in 1-ci bölməsində səhifənin yuxarı sağ tərəfində + işarəsi sıxılmaqla yeni sətir açılır.
Neft məhsulunun adı açılmış siyahıdan seçilərək daxil edilir. Avtomatik olaraq verginin dərəcəsi çıxır və neft məhsulunun dəyəri və həcmi yazıldıqda isə proqram tərəfindən verginin məbləği avtomatik olaraq hesablanılır. Ödəyici tərəfindən müxtəlif neft məhsulları növləri istifadə olunduqda eyni qayda ilə digər neft məhsulları üzrə məlumatlarda əlavə 1-də əks etdirilir.
Sonra isə həmin məhsulların göstəriciləri əlavə 1-in müvafiq sətrində cəmlənir və bu məbləğ bəyannamənin 401-ci sətrinə yazılır.
İçməli spirt , pivə və spirtli içkilərin bütün növləri üzrə litrlə həcminin müvafiq alt-sətirlərdə əks olunduqdan sonra avtomatik olaraq hər alt sətir üzrə verginin məbləği proqram tərəfindən hesablanılır. Həcm və verginin məbləği cəmlənərək 402-ci sətirdə göstərilir.
403-cü sətirdə isə tütün məlumatlarının topdan satış qiyməti qeyd olunur və avtomatik olaraq verginin məbləği proqram tərəfindən hesablanılır. Eyni zamanda 401-ci 402-ci və 403-cü sətirlərin cəmi də proqram tərəfindən avtomatik olaraq 404-cü sətirdə qeyd olunaraq hesabat dövrü ərzində hesablanan vergi məbləğini göstərir.
Bəyannamənin hesabat dövründə dövriyyə üzrə əvəzləşdirilən aksiz vergisin hesablanması adlı alt bölməsində aksizli malların növləri üzrə müvafiq ölçü vahidi ilə istehsal məqsədləri üçün alınmış aksizli xammalın və materialların həcmi sütununda aksizli malların həcmi və ya dəyəri , aksizin məbləği sütununda isə aksizin məbləği manatla qeyd olunur.
Bu zaman neft məhsullarının istehsalı məqsədilə alınmış aksizli mallara görə ödənilən və əvəzləşdirilməli olan aksizin məbləğinin bəyannaməyə daxil edilməsi üçün əlavə 1-in II hissəsində səhifənin yuxarı sağ tərəfində + işarəsi sıxılmaqla yeni sətir açılır.
Məhsulların alınan aksizli xammal və materiallara görə ödənilən verginin hesablanması hissəsi müəyyən olunmuş ardıcıllıqla doldurulur.
Neft məhsullarının adı, istehsal məqsədləri üçün alınmış aksizli xammalın və materialların həcmi və dəyəri , verginin dərəcəsi, verginin məbləği , ödəyicinin müxtəlif neft məhsullarının növləri üzrə əvəzləşdirilməli vergi məbləğləri olduqda eyni qayda ilə digər neft məhsulları üzrə məlumatlar da əlavə 1-də də əks etdirilir.
Sonra isə həmin məhsulların göstəriciləri əlavə 1-in müvafiq sətrində cəmlənir və bu məbləğ bəyannamənin 405-ci sətrinə yazılır.
İçməli spirt, pivə və spirtli içkilərin bütün növləri üzrə istehsalı üçün alınan aksizli xammal və malın litrlə ifadə olunan həcmi ona uyğun olaraq əvəzləşdirilməli olan vergi məbləği 406-cı sətrin müvafiq sütunlarına daxil edilir.
Tütün məhsullarının istehsalı üçün alınan aksizli xammal və materialların dəyəri isə 407-ci sətrin müvafiq sütununa daxil edildikdə verginin məbləği proqram tərəfindən hesablanır.
Eyni zamanda 405-ci , 406-cı və 407-ci sətirlərin cəmi 408-ci sətirdə qeyd olunaraq hesabat dövrü ərzində əvəzləşdirilməli olan vergi məbləğini göstərir.
Aksizin məbləği yalnız xammal və materialların istehsalçısı tərəfindən aksizin ödənildiyini təsdiq edən elektron vergi hesab faktura xammal və materiallar idxal edilkdə isə müvafiq sənədlər vergi orqanına verildiyi zaman əvəzləşdirilir və ya geri qaytarılır.
409-cu sətirdə ödəyicinin büdcəyə ödəməli olduğu , 410-cu sətirdə isə büdcədən qaytarılmalı olan verginin məbləği əks olunur.
Bəyannamənin Əlavə 2 bölməsində aksiz markalarının hərəkəti barədə məlumat qeyd olunur. Müvafiq aksiz markası üzrə hesabat dövrünün əvvəlinə olan aksiz markalarının qalığının üzərinə hesabat dövründə alınmış aksiz markalarının miqdarı əlavə olunur və hesabat dövründə istifadə olunmuş aksiz markalarının miqdarı çıxılır və hesabat dövrünün sonunda vergi ödəyicisinə qalıqda olan aksiz markalarının miqdarı göstərilir.
Bəyannamə tərtib edildikdən sonra Fayl menyusunda qeyd et düyməsi sıxılmaqla bəyannamə qeyd edilir. Daha sonra paketlə menyusundan paketlə düyməsi sıxılır açılan pəncərədə ən son hazırlanan bəyannamələr siyahısından hazırlanaraq paketlənməli olan bəyannamə seçilir və bəyannaməni paketə əlavə et düyməsini sıxmaqla paketə əlavə edilir. Paket faylın adı sətrində hazırlanmış paketə ad verilərək paketlə düyməsi sıxılır və paket faylı yaradılır.
Bundan sonra istifadəçi https://www.e-taxes.gov.az/ internet səhifəsinə daxil olaraq səhifənin sol yuxarı tərəfində yerləşən Giriş düyməsini seçir. Açılan pəncərədə vergi ödəyicisinə məxsus istifadəçi kodu , parol və şifrə daxil edilir və bölmə sətrində e-bəyannamə seçilərək daxil ol düyməsi sıxılmaqla sistemə daxil olunur.
Burada e-bəyannamə menyusundan paket göndər düyməsi sıxılır. Açılan pəncərədə göndəriləcək paketi seçin sətrindən Browse düyməsini sıxmaqla növbəti pəncərədə C diskindən Ebyn qovluğuna daxil olaraq paketlər qovluğunun içərisindəki hazırlanmış paket seçilir. Daha sonra göndər düyməsi sıxılır.
Növbəti açılan pəncərədə paketin müvəffəqiyyətlə yüklənməsi haqqında müvafiq mesaj çıxır. Bu mesaj oxunduqdan sonra göndərilən bəyannamələrin sistem tərəfindən yoxlanılması üçün yoxla düyməsi sıxılır.
Yoxlama uğurla başa çatarsa açılan pəncərinin bəyannamə seç hissəsində təsdiqlənəcək bəyannamə işarə edilərək təsdiqlə düyməsi seçilir.
Bu zaman açılan pəncərədə Seçdiyiniz bəyannamələri təsdiqləmək istəyirsinizmi məzmununda sualına OK düyməsinə vurmaqla təsdiqləmə əməliyyatı başa çatmış olacaq və bəyannamənin qəbul olunaraq təsdiqləndiyi barədə müvafiq təsdiq mesajı və bildiriş önə çıxacaqdır.
Vergi ödəyicisi təsdiq mesajını aldıqdan sonra bildirişin üzərinə sıxmaqla təqdim etdiyi bəyannamənin bildirişinə baxa , kompüterinin yaddaşına saxlaya və ya çap edə bilər.
Təsdiqdən sonra təsdiqlənən bəyannamə şəxsi hesab vərəqəsinə yazılır.
Əlavə olaraq bildiririk ki,vergi ödəyicisi tərəfindən yuxarıda qeyd olunan qaydada tərtib olunan bəyannamə kağız formatında da vergi orqanına təqdim edilə bilər.
Bəyannamənin tərtibi və göndərilməsi zamanı qarşılaşdığınız sual və problemlərlə 195 nömrəsinə zəng etməklə 1 düyməsini seçərək vergilər nazirliyinin telefon məlumat xidmətinə müraciət edə bilərsiniz.
Sual və Cavab
Aksiz vergisinin hesablanması alt bölməsində neft məhsulları üzrə aksiz məbləği necə daxil edilir?
Əlavə 1-in 1-ci bölməsində səhifənin yuxarı sağ tərəfində + işarəsi sıxılaraq yeni sətir açılır, neft məhsulunun adı seçilir və avtomatik olaraq verginin dərəcəsi çıxır.
İçməli spirt, pivə və spirtli içkilərin aksiz vergisi necə hesablanır?
Hər alt sətirdə litrlə həcmi qeyd edildikdən sonra verginin məbləği avtomatik hesablanır və 402-ci sətirdə cəmlənir.
403-cü sətirdə hansı məlumatlar qeyd olunur?
Tütün məhsullarının topdan satış qiyməti və avtomatik hesablanan vergi məbləği qeyd olunur.
404-cü sətirdə hansı məbləğ əks olunur?
401-ci, 402-ci və 403-cü sətirlərin cəmi avtomatik olaraq 404-cü sətirdə qeyd edilir və hesabat dövrü ərzində hesablanan aksiz vergisini göstərir.
405-ci sətirdə hansı məbləğ qeyd olunur?
Əlavə 1-in müvafiq sətrində cəmlənən neft məhsullarının əvəzləşdirilməli olan aksiz məbləği 405-ci sətirə yazılır.
Aksizli malların istehsalı üçün alınan xammalın həcmi hansı sətirdə qeyd edilir?
406-cı sətirdə içməli spirt, pivə və spirtli içkilərin istehsalı üçün alınan aksizli xammal və onun uyğun əvəzləşdirilməli vergi məbləği qeyd edilir.
407-ci sətirdə hansı məlumatlar əks olunur?
Tütün məhsullarının istehsalı üçün alınan aksizli xammal və materialların dəyəri və hesablanan vergi məbləği.
Hansı sətirdə hesabat dövrü ərzində əvəzləşdirilməli olan aksiz vergisinin cəmi qeyd edilir?
408-ci sətirdə 405-ci, 406-cı və 407-ci sətirlərin cəmi qeyd edilir.
Aksiz vergisinin məbləği hansı halda əvəzləşdirilir və ya geri qaytarılır?
Aksizin ödənildiyini təsdiq edən elektron vergi hesab-faktura və ya idxal zamanı müvafiq sənədlər vergi orqanına təqdim edildikdə.
409-cu sətirdə hansı məlumat qeyd olunur?
Vergi ödəyicisinin büdcəyə ödəməli olduğu aksiz vergisinin məbləği.
410-cu sətirdə hansı məbləğ əks olunur?
Büdcədən qaytarılmalı olan aksiz vergisinin məbləği.
Aksiz markalarının hərəkəti barədə məlumat harada qeyd olunur?
Bəyannamənin Əlavə 2 bölməsində.
Əlavə 2 bölməsində aksiz markaları ilə bağlı hansı hesablamalar aparılır?
Dövrün əvvəlinə olan qalıq, hesabat dövründə alınan aksiz markalarının miqdarı və istifadə olunan aksiz markalarının miqdarı qeyd edilir.
401-ci sətirdə hansı məbləğ qeyd olunur?
Əlavə 1-in müvafiq sətrində cəmlənmiş neft məhsullarına aid aksiz məbləği.
402-ci sətirdə hansı məbləğ qeyd edilir?
İçməli spirt, pivə və spirtli içkilərin istehsalına aid hesablanan aksiz məbləği.
Vergi ödəyicisinin aksiz markalarının qalıq miqdarı necə hesablanır?
Hesabat dövrünün əvvəlindəki qalıq üzərinə alınan aksiz markaları əlavə olunur və istifadə olunan aksiz markaları çıxılır.
Neft məhsullarının aksiz vergisinin məbləği hansı formada müəyyən edilir?
Məhsulun adı seçildikdə, avtomatik olaraq verginin dərəcəsi çıxır və dəyəri, həcmi yazıldıqda vergi məbləği proqram tərəfindən hesablanır.
Aksizli malların növləri üzrə istehsal həcmi hansı sütunda göstərilir?
Vergiyə cəlb edilən istehsalın həcmi sütununda.
Aksiz markalarının istifadə olunmuş miqdarı necə göstərilir?
Hesabat dövründə istifadə olunmuş aksiz markalarının miqdarı qeyd edilir və hesabat dövrünün sonundakı qalıq hesablanır.
Aksiz vergisi hansı bölmələrdə əks olunur?
Aksiz vergisinin hesablanması və əvəzləşdirilməsi alt bölmələrində.
Aksiz vergisinin əvəzləşdirilməsi hansı qaydada həyata keçirilir?
Xammalın istehsalçısı tərəfindən aksizin ödənildiyini təsdiq edən sənədlər vergi orqanına təqdim edildikdə.
Neft məhsullarının istehsalı üçün alınan aksizli xammalların aksizi necə daxil edilir?
Əlavə 1-in II hissəsində yeni sətir açılaraq qeyd edilir.
Vergi ödəyicisinin aksiz borcu hansı sətirdə qeyd olunur?
409-cu sətirdə.
Hansı sətir aksizli malların istehsal həcmini əks etdirir?
Vergiyə cəlb edilən istehsalın həcmi sütunu.
Bəyannamənin hansı əlavəsində sertifikatlarla bağlı məlumat qeyd edilir?
8 nömrəli əlavədə.
Bəyannamənin aksiz markalarına aid məlumatları hansı bölmədə göstərilir?
Əlavə 2 bölməsində.
Aksiz vergisinin ödənildiyini təsdiq edən sənədlər olmadan əvəzləşdirmə mümkündürmü?
Xeyr, sənədlər vergi orqanına təqdim olunmalıdır.
İstehsal üçün alınan aksizli xammal hansı qaydada bəyannaməyə daxil edilir?
Əlavə 1-in II hissəsində yeni sətir açılaraq daxil edilir.
Əvəzləşdirilməli aksiz vergisinin məbləği hansı sətirdə qeyd olunur?
408-ci sətirdə.
Tütün məhsulları üzrə aksiz vergisinin hesablanması hansı sətirdə aparılır?
403-cü sətirdə.