Vergi məcəlləsinin 175.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi tərəfindən alınmış elektron vergi hesab fakturalar üzrə nəğdsiz qaydada qaydada ödənilmiş və əvəzləşdirilməli olan məbləğ ƏDV bəyannaməsinin 308-ci sətrində əks etdirilməklə yanaşı, eyni zamanda bu məlumatlar İnternet Vergi İdarəsinin Onlayn Kargüzarlıq və e-VHF bölməsi vasitəsilə ƏDV bəyannaməsinin göndərildiyi gün ərzində vergi orqanına göndərilməlidir.
Bunun üçün vergi ödəyicisi https://www.e-taxes.gov.az/ internet səhifəsinə daxil olaraq səhifənin sol yuxarı tərəfində yerləşən giriş düyməsini seçir. Açılan pəncərədə vergi ödəyicisinə məxsus istifadəçi kodu, parol və şifrə daxil edilir və bölmə sətrində onlayn kargüzarlıq və EHVHF seçilərək daxil ol düyməsi sıxılmaqla sistemə daxil olunur.
Açılan növbəti səhifədə Elektron VHF alt bölməsi seçilərək Əvəzləşdirilənlər hissəsinə keçilir. Dövrü seç düyməsini sıxmaqla açılan pəncərədə il xanasında əvəzləşdiriləcək fakturanın bəyannamənin ili , dövr tipi xanasında əvəzləşmə göndəriləcək bəyannamənin rüblük və ya aylıq təqdim edilməsi , növbəti xanada isə dövr tipi xanasına uyğun seçim edilərək qəbul düyməsi sıxılır.
Daha sonra isə əvəzləşəcək faktura məlumatları hissəsi doldurulur.
Hesabat dövrü üzrə əvəzləşməyə təqdim edilən fakturanın seriya nömrəsi daxil edildikdə həmin fakturaya aid məlumatlar avtomatik olaraq səhifədə əks olunur.
Sətir kodu xanasında əldə edilən fakturanın ƏDV-yə cəlb edilməsin uyğun olaraq müvafiq kod seçilir.
Ödənilmiş ƏDV-siz ümumi dəyər xanasında Fakturanın ödənilmiş məbləği əks etdirilir və ona uyğun hesablanmış ƏDV məbləği ödənilmiş ƏDV xanasında avtomatik əks olunur.
Daha sonra Daxil et düyməsi sıxılmaqla əvəzləşəcək faktura daxil etdiyiniz son 5 faktura siyahısında əks olunur. Əvəzləşməyə daxil ediləcək digər fakturalar da eyni üsulla əvəzləşəcək fakturalar siyahısına daxil edilir.
Təmizlə düyməsini sıxmaqla əvəzləşəcək faktura məlumatları hissəsində əvəzləşməyə daxil ediləcək fakturanı silmək olar.
Baxış düyməsini sıxmaqla açılan təsdiqləmə pəncərəsində bəli düyməsini seçməklə əvəzləşmə üçün təqdim edəciyiniz fakturalara baxa bilərsiniz.
Daxil etdiyiniz əvəzləşəcək faktura siyahısında əgər hər hansı bir faktura məlumatını səhv daxil etdiyiniz halda bu dövr üzrə axtarış hissəsində həmin faktura üzərində düzəliş edə və yaxud onu silə bilərsiniz.
Bu əməliyyatı yerinə yetirmək üçün bu dövr üzrə axtarış hissəsində axtarış kriteryasını və ona uyğun məlumatı müvafiq xanalara daxil edərək axtar düyməsi sıxılır.
Axtarışa uyğun əvəzlənən fakturalar hissəsində görünən faktura üzərində dəyişiklik etmək üçün fakturanı seçməklə müvafiq dəyişikliyi edərək dəyiş düyməsi sıxılmalıdır.
Səhv daxil edimiş fakturanı silmək üçün axtarışa uyğun əvəzlənəcək fakturalar hissəsində görünən faktura seçilərək sil düyməsi sıxılmalıdır.
Əvəzləşmə üçün daxil edilmiş fakturaların doğruluğuna əmin olduqda göndər düyməsi sıxılır. Bu zaman açılan səhifədə qəbul düyməsi sıxılır.
Açılan pəncərədə Əvəzləşəcək fakturaların doğruluğuna əminsinizmi məzmununda suala Bəli düyməsinə vurmaqla əvəzləşəcək fakturanın göndərilməsi əməliyyatı başa çatmış olacaq və fakturaların əvəzləşmə üçün göndərilməsi barədə məlumat önə çıxacaqdır.
Sual və Cavab
Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən Ədv-nin ödəyicisi öz üçün elektron vergi hesab fakturasını necə təqdim etməlidir?
Ədv bəyannaməsinin 308-ci sətrində əks etdirməklə və eyni zamanda Onlayn Kargüzarlıq və e-VHF bolməsi vasitəsilə vergi orqanına göndərməklə.
Vergi ödəyicisi élektron vergi hesab fakturalarını əvəzləşdirmək üçün hansi internet saytına daxil olmalıdır?
https://www.e-taxes.gov.az
Vergi ödəyicisi sistemə daxil olmaq üçün nə etməlidir?
Sayta daxil olub "Giriş" düyməsini sıxmalı, istifadəçi kodu, parol və şifrəni daxil etməlidir.
Onlayn Kargüzarlıq və e-VHF bolməsi hansi hissədə yerləşir?
Saytın sol yuxarı küşəsində.
Vergi ödəyicisi sistemə daxil olduqdan sonra hansi bolməni seçməlidir?
Elektron VHF alt bolməsini.
Vergi ödəyicisi Elektron VHF bolməsində hansi hissəyə daxil olmalıdır?
Əvəzləşdirilənlər hissəsinə.
"Dövrü seç" düyməsi hara aiddir?
Hesabat ilini və dövr tipini seçmək üçün istifadə olunur.
"Dövr tipi" xanasının funksiyası nədir?
Bəyannamənin rüblük və ya aylıq olmasını seçmək üçün.
Əvəzləşdiriləcək fakturalar harada daxil edilir?
Əvəzləşdiriləcək fakturalar siyahısına.
Hesabat dövrü üzrə fakturanın seriya nömrəsi daxil edildikdə nə baş verir?
Faktura məlumatları avtomatik olaraq əks olunur.
Sətir kodu xanasında nə seçilir?
Fakturanın Ədv-yə cəlb edilməsinə uyğun kod.
"Ödənilmiş Ədv-siz ümumi dəyər" xanasında nə göstərilir?
Fakturanın ödənilmiş məbləği.
"Ödənilmiş Ədv" xanasında nə göstərilir?
Hesablanmış Ədv məbləği.
"Daxil et" düyməsinin funksiyası nədir?
Fakturanın siyahıya daxil edilməsi.
"Təmizlə" düyməsi nə üçün istifadə olunur?
Faktura məlumatlarını silmək üçün.
"Baxış" düyməsinin funksiyası nədir?
Fakturalara baxış imkanı yaradir.
Faktura səhv daxil edildikdə nə etmək lazımdır?
Axtarış hissəsində tapıb düzəliş etmək və ya silmək.
"Axtar" düyməsi nə üçün istifadə edilir?
Fakturaları tapmaq üçün.
"Dəyiş" düyməsi nə edər?
Faktura üzərində dəyişikliyin edilməsini.
"Sil" düyməsinin funksiyası nədir?
Fakturanı sistemdən silmək.
Fakturaların dəqiqliyini yoxlamaq üçün nə edilməlidir?
"Baxış" düyməsi sıxılmalıdır.
"Göndər" düyməsi nə edir?
Fakturaları vergi orqanına göndərir.
"Qəbul" düyməsi nə vaxt sıxılır?
Fakturaların dəqiqliyi təsdiqləndikdə.
Fakturaların göndərilməsi necə tamamlanır?
"Bəli" düyməsini sıxmaqla.