Mənfəət vergisinin bəyannaməsi Vergi Məcəlləsinin 103-cü maddəsinə və İxrac məqsədli neft-qaz fəaliyyətinə dair xüsusi iqtisadi rejimin tətbiqi haqqında qanunun 3.2.1 və 3.2.2 maddələrinə əsasən Mənfəət vergisinin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən təqdim edilir.
Mənfəət vergisinin bəyannaməsinin elektron şəkildə təqdim edilməsi üçün vergi ödəyicisi tərəfindən Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə edilməlidir.
Bu məqsədlə vergi ödəyicisi https://www.e-taxes.gov.az/ saytının e-Bəyannamə hissəsinin Lazımlı proqramlar bölməsindən müvafiq proqramları öz kompüterinə yükləyib səhifədə göstərilən ardıcıllıqla quraşdırmalıdır.
BTP kompüterə yükləndikdən sonra vergi ödəyicisi proqramın Fayl menyusunu seçməklə Yeni alt menyusuna daxil olur. Açılan pəncərədən Bəyannamə növündən Mənfəət vergisinin bəyannaməsi seçilərək Qəbul düyməsi sıxılır.
Açılan ekrandakı müvafiq bəyannamə 3 əsas :
Ümumi məlumat, Verginin hesablanması və Əlavələr bölmələrindən ibarətdir.
İlkin olaraq ümumi məlumat bölməsi tərtib edilir. Bu bölmə də 3 alt bölmədən ibarətdir.
I alt bölmənin idarə məlumatlarına aid vergi orqanı xanasında vergi ödəyicisin qeydiyyatda olduğu vergi orqanının adı , vergi dövrü xanasında bəyannamənin illik təqdim edilməsi, aylıq xanasında bəyannamənin hansı aya ,il xanasında isə bəyannamənin hansı ilə aid olması qeyd olunur.
II alt bölmənin şəxsi məlumatlara aid vöen xanasında vergi ödəyicisinin vöeni, adı xanasında vergi ödəyicisinin adı, mobil nömrə sətirlərində vergi ödəyicisinin mobil telefon nömrələri , şəhər nömrəsi sətirlərində isə vergi ödəyicisinin şəhər telefon nömrələri qeyd olunur.
III alt bölmənin bəyannamə məlumatlarına aid əsas fəaliyyət növü kodu xanasında vergi ödəyicisinin əsas fəaliyyət növünün kodu , adı xanasında isə seçilmiş fəaliyyət koduna uyğun olaraq fəaliyyət növünün adı avtomatik əks olunur. Təqdim olunmuş əlavələrin sayı xanasında vergi ödəyicisi tərəfindən sənədlərin bəyannaməyə əlavə olunmasına zərurət yarandığı və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda bəyannaməyə əlavə olunan vərəqlərin sayı daxil edilir.
Bəyannamənin növü xanasında 4 variant seçimi var.
Əgər hesabat dövrü üçün ilkin bəyannamə göndərilirsə onda cari bəyannamə seçilməlidir.
Cari bəyannamə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.
Zərurət yarandıqda vergi məcəlləsinin 72.5-ci maddəsində nəzərdə tutulmuş qaydada vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilir
Ləğv olma bəyannaməsi vergi ödəyicisi ləğv edildiyi hallarda seçilir.
Əgər ləğv olma bəyənnaməsinə səhv məlumatlar daxil edilmişdirsə onda həmin səhvləri düzəltmək üçün ləğvin dəqiqləşdirilmişi seçilməlidir.
Bununla belə ümumi məlumat bölməsinin fəaliyyət növü hissəsinin yuxarı sağ tərəfindəki + işarəsi sıxılmaqla əlavə olunan sətrin müvafiq xanalarına fəaliyyət növünün kodu , adı və xüsusi çəkisi qeyd edilir.
Eyni zamanda həmin bölmənin uçot metodu hissəsində hesabat ilində aparılmış uçot metodu barədə məlumatı daxil etmək üçün müvafiq olaraq kassa metodu və hesablama metodundan biri seçilməklə işarələnməlidir.
Vergi ödəyicisinin qrupu xanasında Vergi məcəlləsinin 103-cü maddəsinə uyğun olaraq fəaliyyət göstərən vergi ödəyiciləri üçün vergi məcəlləsi çərçivəsində fəaliyyət göstərən vergi ödəyicisi ixrac məqsədli neft-qaz fəaliyyətinə dair xüsusi iqtisadi rejimin tətbiqi haqqında qanunun 3.2.1 və 3.2.2 maddələrin uyğun fəaliyyət göstərən vergi ödəyiciləri üçün isə ixrac məqsədli neft-qaz fəaliyyətinə dair xüsusi iqtisadi rejimin tətbiqi haqqında qanunun və vergi məcəlləsinin çərçivəsində fəaliyyət göstərən müəssisələr seçilir.
Ümumi məlumat bölməsi dolduruluqdan sonra vergininin hesablanması bölməsinə keçilir.
Verginin hesablanması bölməsi Gəlirlər, Xərclər və Hesabat dövrü üçün verginin hesablanması adlı 3 hissədən ibarətdir.
İlkin olaraq vergi ödəyicisinin hesabat ili ərzində əldə etdiyi gəliri bəyannamədə əks etdirmək üçün bəyannamənin gəlirlər hissəsi doldurulur.
Vergi ödəyicisinin malların təqdim edilməsindən ƏDV və Aksiz nəzərə alınmadan 10 000 AZN gəliri olmuşdur. Bu halda həmin gəlir qeyd olunan bəyannamənin 200.1 Malların təqdim edilməsindən gəlir sətrində əks etdirilir.
Vergi ödəyicisinin vergi məcəlləsinin müddəalarına əsasən digər gəlirləri olduğu halda isə bu gəlirlər müvafiq olaraq 200 və 217-ci sətirlərdə əks etdirilir.
Həmin sətirlər üzrə qeyd olunmuş məbləğlərin cəmi avtomatik olaraq 218-ci Ümumi gəlirlər sətrində əks olunur.
Hesabat ilində ümumi gəlirdən çıxılmalar , məsələn rezident tərəfindən ödənilən dividend təqdim olunur, aktivlərin qalıq dəyəri , xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq , vergidən azad olunan gəlirlər müvafiq olaraq 219.1 , 219.4 -cü sətirlərə daxil edilir, onların cəmi 219-cu Ümumi gəlirdən çıxılmalar sətrində , ümumi gəlirdən çıxılmalar nəzərə alınmaqla qalan ümumi gəlir isə 220 Çıxılmalardan sonra Ümumi gəlir sətrində avtomatik olaraq əks olunur.
Bundan sonra Xərclər hissəsi doldurulur. Belə ki, hesabat ilində qeyd olunan gəlirin əldə edilməsi ilə bağlı vergi ödəyicisi tərəfindən muzdla işləyən yerli fiziki şəxslərə hesablanaraq ödənilmiş 1000 AZN əmək haqqı və ona bərabər tutulan ödənişlər 221.1.2-ci , 220 AZN 221.2-ci, 200 AZN enerji xərci 221.7-ci, 100 AZN Qaz xərci 221.8-ci , 150 AZN rabitə xərci 221.11-ci, 150 AZN bank xərci 221.13-cü , 200 AZN reklam xərci 221.14-cü və 6100 AZN biləvasitə malların işlərin xidmətlərin təqdim edilməsi ilə bağlı sair xərci isə 221.15-ci sətrə daxil edilir.
221.1-ci və 221.15-ci sətirlər arasındakı məbləğlərin cəmi isə avtomatik olaraq 221-ci sətirdə avtomatik olaraq 8120 AZN əks olunur.
Vergi məcəlləsinin müddəalarına uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı digər xərclər olduqda müvafiq olaraq 222,232-ci sətirlərdə, gəlirdən çıxılan vergilər və yığımlar 233-cü sətirdə , vergidən azad olunan fəaliyyət ilə bağlı xərclərin cəmi isə 235-ci sətirdə əks etdirilir.
Cəmi xərclər yəni 221 və 233-cü sətirlərdəki məbləğlərin cəmi 234-cü Cəmi xərclər sətrində , Ümumi gəlirdən çıxılan xərclərin cəmi yəni 234-cü sətirdən 235-ci sətrin fərqi isə avtomatik olaraq 236-cı sətirdə 8120 AZN əks olunur.
Hesabat dövrü üçün verginin hesablanması hissəsində 220-ci sətirdə çıxılmalardan sonra ümumi gəlirin məbləği 236-cı sətirdə Ümumi gəlirdən çıxılan Xərclərin məbləğindən çox olduqda bu sətirdəki müsbət fərqin məbləği Avtomatik olaraq 237-ci Vergiyə cəlb olunan mənfəət sətrində 1880 AZN əks olunur.
Hesabat dövrü üçün verginin hesablanması hissəsində 220-ci sətirdə Çıxılmalardan sonra ümumi gəlirin məbləği , 236-cı sətirdə Ümumi gəlirdən çıxılan xərclərin məbləğindən az olduqda isə bu sətirlər arasındakı mənfi fərqin məbləği avtomatik olaraq 238-ci zərər sətrində avtomatik olaraq əks olunur.
Vergi məcəlləsinin 121-ci maddəsinə uyğun olaraq 239.1 və 239.5 sətirlər arasında əks etdirilən və keçmiş illərdə bağlanmamış zərərlərin cəmi 239-cu Keçmiş illərin çıxılası zərəri sətrində avtomatik olaraq əks olunur.
237-ci Vergiyə cəlb olunan mənfəət məbləği ilə 239-cu Keçmiş illərin çıxılası zərəri məbləği arasındakı müsbət fərqin məbləği avtomatik olaraq 240-cı Keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət sətrində əks olunur.
240-cı sətirdə əks olunmuş məbləğə Vergi məcəlləsinin 105-ci maddəsində göstərilən , 241-ci sətirdə göstərilən Mənfəət vergisinin dərəcəsinə əsasən hesablanmış mənfəət vergisinin məbləği avtomatik olaraq 242-ci sətirdə 376 AZN əks etdirilir.
Vergi məcəlləsin 106.2-ci maddəsində və ya müvafiq qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştləri əsasında hesablanan mənfəət vergisinin məbləği 243-cü sətirdə , Vergi məcəlləsinin 123.3 maddəsinə uyğun olaraq faizlərdən ödəmə məbləğində tutulmuş verginin məbləği 244-cü , vergi məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət vergisinin məbləği isə 245-ci sətirdə əks etdirilir.
Xarici ölkələrdə ödənilmiş mənfəət vergisi həmin ölkənin müvafiq orqanı tərəfindən təsdiq edilməsi ilə bağlı sənəd əsasında nəzərə alınır və nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş mənfəət vergisinin dərəcələri ilə tutulan mənfəət vergisindən çox olmamalıdır
242-ci sətirdə hesablanan mənfəət vergisi məbləğindən 243,244 və 245-ci sətirlərdə əks etdirilmiş məbləğlərin cəmi arasındakı müsbət fərqin məbləği avtomatik olaraq 246-cı Ödənilməli mənfəət vergisi sətrində əks olunur.
Müəssisə tərəfindən elan edilmiş və təsisçilərə ödənilməli olan dividendlərin məbləği 247-ci sətirdə əks olunur.
Vergi məcəlləsinin 114.4-cü maddəsinə uyğun olaraq müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunması nəticəsində yaranmış və növbəti vergi illərində gəlirdən çıxılan məbləğə əlavə oluna biləcək fərqin məbləği 248-ci sətirdə , Vergi Məcəlləsinin 115.1 maddəsində müəyyən olunmuş təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddindən az məbləğdə hesablanması nəticəsində yaranmış və növbəti vergi illərində gəlirdən çıxılan məbləğə əlavə oluna biləcək fərqin məbləği isə 249-cu sətirdə əks etdirilir.
250.1, 250.2 və 250.3-cü sətirlərdə əks etdirilən və gəlirdən çıxılmayan xərclərin məbləğlərinin cəmi avtomatik olaraq 250-ci sətirdə əks olunur.
Növbəti tərtib olunmalı bölmə Əlavələr bölməsidir ki, bu bölmə Əlavə 1, Əlavə 2 və Əlavə 3 adlı 3 alt bölmədən ibarətdir.
Əlavə 1 vergi məcəlləsinin 103-cü maddəsinə əsasən mənfəət vergisinin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən yalnız vergi tutma məqsədləri üzrə zəruri göstəricilər əks etdirilməklə tərtib edilir.
Həmin bölmə 2 əsas hissədən I cəmi Aktivlər və II cəmi Kapital və Öhdəliklər hissəsindən ibarətdir.
Bu bölmənin düzgün tərtib olunması üçün I Cəmi Aktivlər sətrinin Hesabat dövrünün sonuna manatla sütununda olan məbləğ II Cəmi Kapital və Öhdəliklər sətrinin Hesabat dövrünün sonuna manatla sütununda olan məbləğə bərabər olmalıdır.
Yeni təsis olunmuş müəssisənin təsisçisi 500 AZN nizamnamə kapitalı ödəmiş və işlərin görülməsinə görə vergi ödəyicisinə 10 000 AZN pul daxil olmuşdur.
Bu məbləğlər Əlavənin 1.5-ci Pul Vəsaitləri sətrinin Dövr ərzində daxil olmuşdur sütununda hesabat ilində xərclənmiş məbləğ Təqdim edilmişdir sütununda əks etdirilir.
2.1.1-ci Nizamnamə kapitalı sətrinin Dövr ərzində daxil olmuşdur sütununda müəssisə təsis olunarkən ödənilən məbləğ əks olunur. Nizamnamə kapitalı qanunvericilikdə nəzərdə tutulan qaydada artırılmaqda iştirakçıların payı artırıldıqda səhmlərin əlavə emissiyası və yaxud nominal dəyərinin artırılması və azalmadıqda iştirakçıların payı azaldıqda səhmlər geri alınaraq ləğv edildikdə və yaxud nominal dəyəri azaldıqda ödənilmiş nizamnamə kapitalı hesabat dövrünün sonuna sütununda əks olunur.
2.1.2-ci Hesabat dövrünün xalis mənfəət sətrinin Dövr ərzində daxil olmuşdur sütununda vergi ödəyicisinin hesabat dövründə mənfəət vergisi bəyannaməsinin 240-cı sətrindəki məbləğdən 242-ci sətirdəki mənfəət Mənfəət vergisi məbləği çıxılmaqla əldə etdiyi xalis mənfəətin məbləği ondan istifadə edilmiş məbləğ isə təqdim edilmişdir sütununda qeyd edilir.
Hesabat dövrünün xalis mənfəəti sətirlərinə aid olan silinmişdir və ya ləğv edilmişdir sütunları doldurulmur. Daxil olan pul vəsaiti əsasında hesablanmış mənfəət vergisi 2.2.1.3-cü Dövlət büdcəsinə vergi öhdəlikləri sətrinin Dövr ərzində daxil olmuşdur sütununda vergi ödəyicisinin il ərzində ödədiyi mənfəət vergisinin məbləği təqdim edilmişdir sütununda qeyd olunur və həmin məbləğlər avtomatik olaraq 2.2.1 Kreditor borcları sətrinin müvafiq sətirlərində əks olunur.
2.2.3-cü Digər öhdəliklər sətrinin dövr ərzində daxil olmuşdur sütununda vergi ödəyicisinin hesabat dövrü ərzində yaranan digər öhdəlikləri məsələn sosial müdafiə fonduna , elektrik enerjisinə və s. görə hesablanmış öhdəlikləri , bu öhdəliklər üzrə ödənilmiş məbləğ təqdim edilmişdir sütununda əks etdirilir.
2.2.1.3-cü Dövlət büdcəsinə vergi öhdəlikləri və 2.2.3-cü Digər öhdəliklər və 2.1.2-ci Hesabat dövrünün xalis mənfəət sətirlərinin təqdim edilmişdir sütununda əks etdirilmiş məbləğlərin cəmi 1.5-ci Pul vəsaitləri sətrinin təqdim edilmişdir sütununda göstərilir.
Əvvəlki ildəki bəyannamənin əlavəsinin Hesabat dövrünün sonuna sütununda olan məbləğlərlə cari ildəki bəyannamənin əlavəsindəki Dövr ərzində daxil olmuşdur sütununda məbləğlərin cəmindən Təqdim edilmişdir,Silinmişdir, Ləğv edilmişdir sütununda qeyd olunan məbləğlərin cəmi çıxıldıqdan sonra qalan məbləğ hesabat dövrünün sonuna sütununda əks etdirilir.
Nəticədə I Cəmi Aktivlər sətrinin Hesabat dövrünün sonuna sütununda olan məbləğ və II Cəmi kapital və Öhdəliklər sətrinin Hesabat dövrünün sonuna sütunununda olan məbləğ bərabər olur ki, bu da bölmənin düzgün tərtib edildiyini göstərir.
Əlavə vergi ödəyicisinin xaricdə bank hesabı olduğu təqdirdə doldurulur. Əlavənin yuxarı sağ tərəfindəki + işarəsi sıxılmaqla əlavə olunan sətrinin Ölkənin və şəhərin kodu sütununda bank hesabının açıldığı və şəhərin kodu , Bankın adı sütununda hesabın açıldığı bankın tam adı , hesabın tipi sütununda hesabın cari,suda,depozit və s.olması , hesabın nömrəsi sütununda hesabın dəqiq nömrəsi göstərilir.
Əlavə 3 vergi ödəyicinin ümüdsiz borcu olduğu halda doldurulur. Əlavənin yuxarı sağ tərəfindəki + işarəsi sıxılmaqla əlavə olunan sətrin Müəssisənin adı sütununda borclu olan müəssisənin adı , Müəssisənin Vöeni sütununda borclu olan müəssisənin Vöeni, Borcun məbləği sütununda hesabat ilinin sonuna olan borcun məbləği göstərilir.
Cəmi ümüdsüz borc məbləği sətrində hesabat dövrü ərzində vergi ödəyicisinin əlavədə göstərilən müəssisələr üzrə cəmi borcunun məbləği əks olunur
Bəyannamə tərtib edildikdən sonra Fayl menyusunda qeyd et düyməsi sıxılmaqla bəyannamə qeyd edilir. Daha sonra paketlə menyusundan paketlə düyməsi sıxılır açılan pəncərədə ən son hazırlanan bəyannamələr siyahısından hazırlanaraq paketlənməli olan bəyannamə seçilir və bəyannaməni paketə əlavə et düyməsini sıxmaqla paketə əlavə edilir. Paket faylın adı sətrində hazırlanmış paketə ad verilərək paketlə düyməsi sıxılır və paket faylı yaradılır.
Bundan sonra istifadəçi https://www.e-taxes.gov.az/ internet səhifəsinə daxil olaraq səhifənin sol yuxarı tərəfində yerləşən Giriş düyməsini seçir. Açılan pəncərədə vergi ödəyicisinə məxsus istifadəçi kodu , parol və şifrə daxil edilir və bölmə sətrində e-bəyannamə seçilərək daxil ol düyməsi sıxılmaqla sistemə daxil olunur.
Burada e-bəyannamə menyusundan paket göndər düyməsi sıxılır. Açılan pəncərədə göndəriləcək paketi seçin sətrindən Browse düyməsini sıxmaqla növbəti pəncərədə C diskindən Ebyn qovluğuna daxil olaraq paketlər qovluğunun içərisindəki hazırlanmış paket seçilir. Daha sonra göndər düyməsi sıxılır.
Növbəti açılan pəncərədə paketin müvəffəqiyyətlə yüklənməsi haqqında müvafiq mesaj çıxır. Bu mesaj oxunduqdan sonra göndərilən bəyannamələrin sistem tərəfindən yoxlanılması üçün yoxla düyməsi sıxılır.
Yoxlama uğurla başa çatarsa açılan pəncərinin bəyannamə seç hissəsində təsdiqlənəcək bəyannamə işarə edilərək təsdiqlə düyməsi seçilir.
Bu zaman açılan pəncərədə Seçdiyiniz bəyannamələri təsdiqləmək istəyirsinizmi məzmununda sualına OK düyməsinə vurmaqla təsdiqləmə əməliyyatı başa çatmış olacaq və bəyannamənin qəbul olunaraq təsdiqləndiyi barədə müvafiq təsdiq mesajı və bildiriş önə çıxacaqdır.
Vergi ödəyicisi təsdiq mesajını aldıqdan sonra bildirişin üzərinə sıxmaqla təqdim etdiyi bəyannamənin bildirişinə baxa , kompüterinin yaddaşına saxlaya və ya çap edə bilər.
Təsdiqdən sonra təsdiqlənən bəyannamə şəxsi hesab vərəqəsinə yazılır.
Əlavə olaraq bildiririk ki,vergi ödəyicisi tərəfindən yuxarıda qeyd olunan qaydada tərtib olunan bəyannamə kağız formatında da vergi orqanına təqdim edilə bilər.
Ümumi məlumat bölməsinin uçot metodu hissəsində hansı metodlar seçilə bilər?
Kassa metodu və ya hesablama metodu.
Vergi ödəyicisinin qrupu xanasında hansı qanunlara uyğun fəaliyyət göstərən vergi ödəyiciləri seçilir?
Vergi Məcəlləsinin 103-cü maddəsinə və ixrac məqsədli neft-qaz fəaliyyətinə dair xüsusi iqtisadi rejimin tətbiqi haqqında qanuna uyğun fəaliyyət göstərənlər.
Ümumi məlumat bölməsi doldurulduqdan sonra hansı bölməyə keçilir?
Verginin hesablanması bölməsinə.
Verginin hesablanması bölməsi hansı 3 hissədən ibarətdir?
Gəlirlər, Xərclər və Hesabat dövrü üçün verginin hesablanması.
Vergi ödəyicisinin əldə etdiyi gəlir hansı bəyannamə hissəsində əks olunur?
Gəlirlər hissəsində.
Malların təqdim edilməsindən əldə edilən gəlir hansı sətirdə göstərilir?
200.1 Malların təqdim edilməsindən gəlir sətrində.
Vergi ödəyicisinin digər gəlirləri hansı sətirlərdə əks olunur?
200 və 217-ci sətirlərdə.
Ümumi gəlirlər hansı sətirdə avtomatik olaraq əks olunur?
218-ci Ümumi gəlirlər sətrində.
Ümumi gəlirdən çıxılmalar hansı hallarda tətbiq edilir?
Dividend ödənilməsi, aktivlərin qalıq dəyəri, valyuta fərqləri və vergidən azad olunan gəlirlər olduqda.
Ümumi gəlirdən çıxılmalar hansı sətirlərdə göstərilir?
219.1, 219.4 və 219-cu sətirlərdə.
Çıxılmalardan sonra ümumi gəlir hansı sətirdə göstərilir?
220-ci sətirdə.
Xərclər hissəsində əmək haqqı hansı sətirdə göstərilir?
221.1.2-ci sətirdə.
Enerji, qaz və rabitə xərcləri hansı sətirlərdə əks olunur?
Enerji xərci 221.7, qaz xərci 221.8, rabitə xərci 221.11.
Bank və reklam xərcləri hansı sətirlərdə göstərilir?
Bank xərci 221.13, reklam xərci 221.14.
Bilavasitə malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı xərclər hansı sətirdə göstərilir?
221.15-ci sətirdə.
Cəmi xərclər hansı sətirdə avtomatik olaraq əks olunur?
221-ci sətirdə.
Gəlirin əldə edilməsi ilə bağlı digər xərclər hansı sətirlərdə göstərilir?
222 və 232-ci sətirlərdə.
Gəlirdən çıxılan vergilər və yığımlar hansı sətirdə göstərilir?
233-cü sətirdə.
Vergidən azad olunan fəaliyyətlə bağlı xərclər hansı sətirdə göstərilir?
235-ci sətirdə.
Ümumi gəlirdən çıxılan xərclərin cəmi hansı sətirdə əks olunur?
236-cı sətirdə.
Vergiyə cəlb olunan mənfəət hansı sətirdə əks olunur?
237-ci sətirdə.
Zərər hansı sətirdə əks olunur?
238-ci sətirdə.
Keçmiş illərin çıxılası zərəri hansı sətirdə göstərilir?
239-cu sətirdə.
Keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət hansı sətirdə göstərilir?
240-cı sətirdə.
Mənfəət vergisinin hesablanması hansı sətirdə aparılır?
242-ci sətirdə.
Vergi güzəştləri hansı sətirdə göstərilir?
243-cü sətirdə.
Faizlərdən tutulan vergi hansı sətirdə göstərilir?
244-cü sətirdə.
Xarici ölkələrdə ödənilmiş mənfəət vergisi hansı sətirdə göstərilir?
245-ci sətirdə.
Ödənilməli mənfəət vergisi hansı sətirdə əks olunur?
246-cı sətirdə.
Təsisçilərə ödənilməli olan dividendlər hansı sətirdə göstərilir?
247-ci sətirdə.
Amortizasiya normalarından aşağı norma tətbiq edildikdə yaranan fərq hansı sətirdə göstərilir?
248-ci sətirdə.
Təmir xərclərinin məhdud məbləğdə hesablanması nəticəsində yaranan fərq hansı sətirdə göstərilir?
249-cu sətirdə.
Gəlirdən çıxılmayan xərclərin cəmi hansı sətirdə göstərilir?
250-ci sətirdə.
Əlavələr bölməsi neçə alt bölmədən ibarətdir?
3 alt bölmədən: Əlavə 1, Əlavə 2 və Əlavə 3.
Əlavə 1 hansı vergi ödəyiciləri tərəfindən doldurulur?
Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən mənfəət vergisinin ödəyicisi sayılanlar.
Əlavə 1 hansı iki əsas hissədən ibarətdir?
I - Cəmi Aktivlər, II - Cəmi Kapital və Öhdəliklər.
Cəmi Aktivlər və Cəmi Kapital və Öhdəliklər hansı şərtə uyğun olmalıdır?
Onların məbləği eyni olmalıdır.
Yeni təsis olunan müəssisə hansı kapitalı ödəyib?
500 AZN nizamnamə kapitalı.
İşlərin görülməsinə görə müəssisəyə nə qədər pul daxil olub?
10 000 AZN.
Nizamnamə kapitalı hansı sətirdə göstərilir?
2.1.1-ci sətirdə.
Xalis mənfəət hansı sətirdə göstərilir?
2.1.2-ci sətirdə.
Dövlət büdcəsinə ödənilmiş vergi hansı sətirdə qeyd olunur?
2.2.1.3-cü sətirdə.
Əlavə 1-də pul vəsaitləri hansı sütunda əks olunur?
Dövr ərzində daxil olmuşdur və təqdim edilmişdir sütunlarında.
Bank hesabında olan pul vəsaitləri hansı sətirdə göstərilir?
1.1.2-ci sətirdə.
Əsas vəsaitlər və qeyri-maddi aktivlər hansı sətirdə əks olunur?
1.2-ci sətirdə.
Qeyri-maddi aktivlər konkret olaraq hansı sətirdə göstərilir?
1.2.2-ci sətirdə.
Müştərilərdən alınacaq borclar hansı sətirdə əks olunur?
1.3-cü sətirdə.
Mallar və material ehtiyatları hansı sətirdə göstərilir?
1.4-cü sətirdə.
Borc öhdəlikləri hansı sətirdə əks olunur?
2.2-ci sətirdə.
Maliyyə öhdəlikləri konkret olaraq hansı sətirdə göstərilir?
2.2.1-ci sətirdə.
Tədarükçülərə olan borclar hansı sətirdə əks olunur?
2.2.2-ci sətirdə.
Vergi və sosial ödənişlər üzrə borclar hansı sətirdə göstərilir?
2.2.3-cü sətirdə.
Əlavə 2 hansı vergi ödəyiciləri tərəfindən doldurulur?
Vergidən azad olunan fəaliyyət göstərənlər.
Əlavə 2-də vergi güzəştləri hansı sütunlarda qeyd olunur?
“Məbləğ” və “Vergidən azad olunan gəlir” sütunlarında.
Vergidən azad olunan gəlir məbləği hansı sətirdə əks olunur?
3.1-ci sətirdə.
Vergidən azad olunan gəlirin məbləği hansı bölmədə ümumi gəlirdən çıxılır?
Verginin hesablanması bölməsində, 219-cu sətirdə.
Vergidən azad olunan fəaliyyətlə bağlı xərclər hansı sətirdə göstərilir?
3.2-ci sətirdə.
Vergidən azad olunan gəlirə uyğun olan xərclər hansı bölmədə ümumi xərclərdən çıxılır?
Verginin hesablanması bölməsində, 235-ci sətirdə.
Vergidən azad olunan fəaliyyət nəticəsində əldə edilən mənfəət hansı sətirdə əks olunur?
3.3-cü sətirdə.
Vergidən azad olunan mənfəət hansı bölmədə ümumi mənfəətdən çıxılır?
Verginin hesablanması bölməsində, 243-cü sətirdə.
Əlavə 3 hansı vergi ödəyiciləri tərəfindən doldurulur?
Xarici ölkələrdə mənfəət vergisi ödəyənlər.
Xarici ölkədə əldə edilən gəlir hansı sətirdə göstərilir?
4.1-ci sətirdə.
Xarici ölkədə ödənilmiş vergi məbləği hansı sətirdə qeyd olunur?
4.2-ci sətirdə.
Xarici ölkədə ödənilmiş mənfəət vergisi hansı bölmədə ümumi mənfəətdən çıxılır?
Verginin hesablanması bölməsində, 245-ci sətirdə.
Hesabat dövründə ödənilmiş vergi hansı sətirdə göstərilir?
5.1-ci sətirdə.
Vergi Məcəlləsinə əsasən ödəmə mənbəyində vergi tutulması hansı hallarda tətbiq olunur?
Dividendlər, faiz gəlirləri və royalti üzrə ödənişlər zamanı.
Ödənilmiş verginin qalıq məbləği hansı sətirdə əks olunur?
5.2-ci sətirdə.
Verginin artıq ödənilmiş məbləği hansı sətirdə göstərilir?
5.3-cü sətirdə.
Ödənilməli olan məbləğ hansı sətirdə qeyd olunur?
5.4-cü sətirdə.
Mənfəət vergisinin hesablanması hansı rüblər üzrə aparılır?
I, II, III və IV rüblər üzrə.
Mənfəət vergisi hansı formada ödənilməlidir?
Bank köçürməsi yolu ilə.
Hesabat dövrü ərzində mənfəət vergisinin ödənilməsi üçün son tarix nədir?
Növbəti ilin mart ayının 31-i.
Zərər verən müəssisələr mənfəət vergisi ödəyirmi?
Xeyr.
Mənfəət vergisi dərəcəsi nə qədərdir?
20%.
Mənfəət vergisindən azad olunan müəssisələr hansılardır?
Xüsusi iqtisadi zonalarda fəaliyyət göstərənlər və bəzi qeyri-kommersiya təşkilatları.
Güzəştli vergi dərəcəsi tətbiq edilən müəssisələr hansılardır?
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlər.
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlər üçün mənfəət vergisi dərəcəsi nə qədərdir?
0%.
Azərbaycan Respublikasında mənfəət vergisi ilə bağlı qanunvericilik hansı sənədə əsaslanır?
Vergi Məcəlləsinə.
Bəyannamə necə təqdim olunur?
Elektron vergi xidməti portalı vasitəsilə.
Bəyannamənin gec təqdim edilməsinə görə hansı cərimə tətbiq edilir?
40 AZN.
Yanlış bəyannamə təqdim olunarsa, hansı məsuliyyət tədbirləri görülə bilər?
Vergi orqanları tərəfindən araşdırma və əlavə cərimə tətbiq edilə bilər.
Mənfəət vergisinin gec ödənilməsinə görə hansı faizlə cərimə tətbiq edilir?
Gündəlik 0.1%.
Maliyyə hesabatı bəyannamə ilə birlikdə təqdim edilməlidirmi?
Bəli.
Maliyyə hesabatının əsas bölmələri hansılardır?
Balans, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı.
Balans hesabatında hansı əsas bölmələr olur?
Aktivlər, Kapital və Öhdəliklər.
Mənfəət və zərər hesabatında hansı əsas göstəricilər olur?
Gəlirlər, xərclər və xalis mənfəət.
Pul vəsaitlərinin hərəkəti hesabatı nəyi əks etdirir?
Pul daxilolmaları və çıxışlarını.
Maliyyə hesabatları hansı maliyyə standartlarına uyğun tərtib olunmalıdır?
IFRS və ya yerli maliyyə standartlarına uyğun.
Bəyannamə doldurularkən hansı əsas sənədlər əsas götürülməlidir?
Maliyyə hesabatları, bank çıxarışları və mühasibat uçotu sənədləri.
Vergi ödəyicisi bəyannaməni səhv doldurubsa, necə düzəldə bilər?
Düzəliş edilmiş bəyannaməni yenidən təqdim etməklə.
Mühasibat uçotu hansı əsas prinsiplərə əsaslanır?
Dürüstlük, şəffaflıq və obyektivlik.
Maliyyə hesabatlarının auditi hansı hallarda aparılmalıdır?
Böyük müəssisələr üçün hər il məcburidir.
Beynəlxalq maliyyə standartlarına uyğun hesabat hazırlamaq hansı üstünlükləri verir?
Şəffaflıq və investorlar üçün cəlbedicilik.
2.2.3-cü Digər öhdəliklər sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda hansı məbləğlər əks olunur?
Vergi ödəyicisinin sosial müdafiə fonduna, elektrik enerjisinə və digər öhdəliklər üzrə hesablanmış məbləğləri.
2.2.3-cü Digər öhdəliklər sətrinin “Təqdim edilmişdir” sütununda hansı məbləğlər göstərilir?
Hesabat dövrü ərzində digər öhdəliklər üzrə ödənilmiş məbləğlər.
2.2.1.3-cü Dövlət büdcəsinə vergi öhdəlikləri sətrində hansı məlumatlar əks olunur?
Vergi ödəyicisinin dövlət büdcəsinə ödədiyi vergi məbləğləri.
2.1.2-ci Hesabat dövrünün xalis mənfəət sətrinin “Təqdim edilmişdir” sütununda hansı məbləğ göstərilir?
Vergi ödəyicisinin hesabat dövründə əldə etdiyi xalis mənfəət məbləği.
1.5-ci Pul vəsaitləri sətrinin “Təqdim edilmişdir” sütununda hansı məbləğlər əks olunur?
2.2.1.3-cü, 2.2.3-cü və 2.1.2-ci sətirlərdə təqdim edilmiş məbləğlərin cəmi.
Hesabat dövrünün sonuna sütununda hansı məbləğlər əks etdirilir?
Əvvəlki ilin “Hesabat dövrünün sonuna” məbləğləri ilə cari ilin “Dövr ərzində daxil olmuşdur” məbləğlərinin cəmi, təqdim edilmiş, silinmiş və ləğv edilmiş məbləğlər çıxıldıqdan sonra qalan məbləğ.
Hesabat dövrünün sonunda Cəmi Aktivlər və Cəmi Kapital və Öhdəliklər məbləğlərinin bərabər olması nəyi göstərir?
Hesabatın düzgün tərtib olunduğunu.
Vergi ödəyicisinin xaricdə bank hesabı olduğu halda hansı sənəd doldurulmalıdır?
Əlavə sənəd.
Xaricdə bank hesabı haqqında məlumat hansı hissələrdə qeyd olunur?
Ölkənin və şəhərin kodu, bankın adı, hesabın tipi və hesabın nömrəsi sütunlarında.
Hesabın tipi hansı variantları əhatə edir?
Cari, suda, depozit və s.
Vergi ödəyicisinin ümidsiz borcu olduğu halda hansı sənəd doldurulmalıdır?
Əlavə 3.
Əlavə 3-ün yuxarı sağ tərəfindəki + işarəsi nə üçün istifadə olunur?
Yeni borclu müəssisə əlavə etmək üçün.
Ümidsiz borc haqqında məlumat hansı sütunlarda əks olunur?
Müəssisənin adı, VÖEN-i və borcun məbləği sütunlarında.
Cəmi ümidsiz borc məbləği sətrində hansı məlumatlar qeyd olunur?
Hesabat dövrü ərzində vergi ödəyicisinin ümumi borc məbləği.
Əlavə 3-də müəssisənin VÖEN-i niyə vacibdir?
Borclu olan müəssisənin rəsmi identifikasiyası üçün.
Əlavə 3-ün doldurulması nə zaman tələb olunur?
Vergi ödəyicisinin ümidsiz borcu olduğu halda.