Əlavə dəyər vergisinin bəyannaməsi Vergi Məcəlləsinin 154-cü maddəsinə əsasən ƏDV-nin ödəyicisi sayılan və Qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında , əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlə və ya qanun çərçivəsində fəaliyyət göstərən xüsusi vergi rejimli vergi ödəyiciləri tərəfindən tərtib edilərək təqdim edilir.
Əlavə dəyər vergisinin bəyannaməsinin elektron formada tədqim edilməsi üçün vergi ödəyicisi tərəfindən Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə edilməlidir.
Bu məqsədlə vergi ödəyicisi https://www.e-taxes.gov.az/ saytının e-Bəyannamə hissəsinin Lazımlı proqramlar bölməsindən müvafiq proqramları öz kompüterinə yükləyib səhifədə göstərilən ardıcıllıqla quraşdırmalıdır.
BTP kompüterə yükləndikdən sonra vergi ödəyicisi proqramın Fayl menyusunu seçməklə Yeni alt menyusuna daxil olur. Açılan pəncərədən Bəyannamə növündən Əlavə dəyər vergisinin bəyannaməsi seçilərək Qəbul düyməsi sıxılır.
Açılan ekrandakı müvafiq bəyannamə 2 əsas Ümumi məlumat və Verginin hesablanması bölmələrindən və 7 əlavələrdən ibarətdir.
I olaraq Ümumi məlumat bölməsi tərtib edilir. Bu bölmə 4 alt bölmədən ibarətdir.
I alt bölmənin idarə məlumatlarına aid vergi orqanı xanasında vergi ödəyicisin qeydiyyatda olduğu vergi orqanının adı , vergi dövrü xanasında bəyannamənin aylıq və ya rüblük təqdim edilməsi, aylıq xanasında bəyannamənin hansı aya , rüblük xanasında hansı rübə aid olması, il xanasında isə bəyannamənin hansı ilə aid olması qeyd olunur.
II alt bölmənin şəxsi məlumatlara aid vöen xanasında vergi ödəyicisinin vöeni, ödəyici tipi xanasında vergi ödəyicisinin statusuna uyğun olaraq fiziki və ya hüquqi şəxs, adı xanasında vergi ödəyicisinin adı, mobil nömrə sətirlərində vergi ödəyicisinin mobil telefon nömrələri , şəhər nömrəsi sətirlərində isə vergi ödəyicisinin şəhər telefon nömrələri qeyd olunur.
III alt bölmənin bəyannamə məlumatlarına aid əsas fəaliyyət növü kodu xanasında vergi ödəyicisinin əsas fəaliyyət növünün kodu , adı xanasında isə seçilmiş fəaliyyət koduna uyğun olaraq fəaliyyət növünün adı avtomatik əks olunur. Təqdim olunmuş əlavələrin sayı xanasında vergi ödəyicisi tərəfindən sənədlərin bəyannaməyə əlavə olunmasına zərurət yarandığı və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda bəyannaməyə əlavə olunan vərəqlərin sayı daxil edilir.
Bəyannamənin növü xanasında 4 variant seçimi var.
Əgər hesabat dövrü üçün ilkin bəyannamə göndərilirsə onda cari bəyannamə seçilməlidir. Cari bəyannamə hesabat ayı başa çatandan sonra növbəti ayın 20-sindən gec olmayaraq təqdim edilməlidir.
Zərurət yarandıqda vergi məcəlləsinin 72.5-ci maddəsində nəzərdə tutulmuş qaydada vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilir
Ləğv olma bəyannaməsi vergi ödəyicisi ləğv edildiyi hallarda seçilir.
Əgər ləğv olma bəyənnaməsinə səhv məlumatlar daxil edilmişdirsə onda həmin səhvləri düzəltmək üçün ləğvin dəqiqləşdirilmişi seçilməlidir.
IV alt bölmənin vergi ödəyicisin qrupu xanasında vergi ödəyicisinin fəaliyyətinin Azərbaycan respublikasının vergi məcəlləsi və ya hasilatın pay bölgüsü haqqında əsas boru kəməri haqqında və digər bu qəbildən olan qanunla təsdiq olunmuş sazişlər və qanunlar ilə müəyyən olunması , ƏDV bildirişinin verilmə tarixi xanasında ƏDV bildirişinin verilmə tarixi əks olunur. ƏDV qeydiyyatının qüvvəyə minmə tarixi xanasında vergi ödəyicisinə təqdim olunmuş qeydiyyat bildirişində vergi məcəlləsinin 157.3-cü maddəsinə əsasən qüvvəyə minmə tarixi əks olunur. ƏDV bildirişinin nömrəsi xanasında ƏDV bildirişinin nömrəsi , valyutanın növü xanasında bəyannamədə göstərilən məbləğlərin Azərbaycan manatı və ya ABŞ dolları ilə göstərilməsindən aslı olaraq AZN və USD əks olunur. Yalnız qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında əsas boru kəməri haqqında və ya bu qəbildən olan qanunla təsdiq olunmuş sazişlər qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən valyutanın növü xanasında ABŞ dolları əks olunur.Əgər vergi ödəyicisi qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında əsas boru kəməri haqqında və digər bu qəbildən olan qanunla təsdiq olunmuş sazişlə və ya qanunlar çərçivəsində fəaliyyət göstərirsə o zaman ƏDV bildirişin verilmə tarixi, ƏDV qeydiyyatının qüvvəyə minmə tarixi və ƏDV bildrişinin nömrələri xanaları doldurulmur.
Ümumi məlumat bölməsi tam tərtib edildikdən sonra növbəti verginin hesablanması bölməsinə keçilir.
Verginin hesablanması bölməsi 5 alt bölmədən ibarətdir.
I , hesabat dövründəki dövriyyə üzrə alt bölməsinin 301-ci sətrində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatların ƏDV-siz məbləği Dövriyyə məbləği ƏDV-siz sütununda əks etdirilir və həmin məbləğə əsasən hesablanmış ədv məbləği isə avtomatik olaraq ƏDV məbləği sütununda əks olunur. 301-ci sətrin açıqlaması bəyannaməyə Əlavə 3-ün ƏDV tutulan dövriyyə barədə məlumat əks etdirilir. 301-ci sətirdəki dövriyyə məbləği bəyannamənin 3 nömrəli əlavəsinin 301.1 301.2 və 301.3 sətirlənin cəminə bərabər olmalıdır .
Eyni zamanda vergi ödəyicisinin vergi məcəlləsinin 168-ci 159.5-ci 159.7-ci və 160-cı maddələrinə əsasən ƏDV tutulan əməliyyat sayılmıyan dövriyyəsi barədə məlumatlar bəyannaməyə 3 nömrəli əlavənin ƏDV tutulan əməliyyat sayılmayan dövriyyə barədə məlumat hissəsində əks etdirilir.
Vergi məcəlləsinin 165-ci maddəsin əsasən ƏDV-yə 0 dərəcə ilə cəlb olunan əməliyyatlar 302-ci sətrin dövriyyə məbləği (ƏDV-siz) sütünunda əks etdirilir. Həmin əməliyyatların ümumi dövriyyədə xüsusi çəkisi ƏDV məbləği sütununda avtomatik olaraq faizlə əks olunur. 302-ci sətin açıqlaması isə bəyannaməyə 4 nömrəli əlavədə əks etdirilir. 302-ci sətirdəki məbləğ bəyannamənin 4 nömrəli əlavəsinin 302.1 , 302.9 - cu sətirlərinin cəminə bərabər olmalıdır.
303-cü sətrin dövriyyə Dövriyyə məbləği (ƏDV-siz) sütununda vergi məcəlləsinin 164-cü maddəsinə və digər qanunvericiliyə əsasən ƏDV-dən azad olan əməliyyatlar əks etdirilir. Həmin əməliyyatların ümumi dövriyyədə xüsusi çəkisi ƏDV məbləği sütununda avtomatik olaraq faizlə əks olunur. 303-cü sətrin açıqlaması isə bəyannaməyə 5 nömrəli əlavədə əks etdirilir. 303-cü sətirdəki məbləğ bəyannamənin 5 nömrəli əlavəsinin 303.1 , 303.15-ci sətirlərinin cəminə bərabər olmalıdır.
304-cü sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda 1 yanvar 2001-ci il tarixədək olan və 20% dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlardan daxil olmuş ƏDV-siz vəsait əks etdirilir. Həmin məbləğə əsasən hesablanmış ƏDV məbləği isə ƏDV məbləği sütununda avtomatik olaraq əks olunur.
305-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda 301,302,303 və 304-cü sətirlərin eyni sütunlarında əks olunmuş məbləğlərin cəmini , ƏDV məbləği sütununda isə 301 və 304-cü sətirlərin eyni sütunlarında qeyd olunmuş məbləğlərin cəmi avtomatik olaraq qeyd olunur.
306-cı sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən görülən işlərə, xidmətlərə görə ona ödənilən və ya ödənilməli olan ƏDV-siz məbləğ əks etdirilir. Həmin məbləğə əsasən hesablanmış ƏDV-nin məbləği isə ƏDV məbləği sütununda avtomatik olaraq
əks olunur.
307-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda vergi ödəyicisinin təqdim etdiyi mallara , işlərə , xidmətlərə görə əldə etdiyi ƏDV-siz məbləğ əks etdirilir.
Növbəti Verginin hesablanması bölməsinin II Əvəzləşdirilən alt bölməsi doldurulur. 308-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda vergi məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi-hesab fakturalar üzrə nəğdsiz qaydada ödənilmiş əsas məbləğ, ƏDV məbləği sütununda isə əsas məbləğ əsasında nəğdsiz qaydada ödənilmiş ƏDV məbləği avtomatik əks olunur. Bu məbləğləri müəyyən etmək üçün ilk öncə internet vergi idarəsinin onlayn kargüzarlıq elektron vergi hesab fakturası bölməsinin , elektron vergi hesab faktura alt bölməsinin əvəzləşdirilən hissəsində əldə edilmiş elektron vergi hesab fakturalar üzrə alınmış malların işlərin xidmətlərin nəğdsiz qaydada ödənilmiş ƏDV-siz dəyəri və ƏDV dəyəri müəyyənləşdirilərək həmin məbləğlər 308-ci sətrin müvafiq sütunlarında əks etdirilir. Bundan sonra bəyannamə elektron formada tərtib edilərək vergi orqanına göndərilməklə yanaşı eyni zamanda bu məlumatlar internet vergi idarəsinin onlayn kargüzarlıq və elektron vergi hesab fakturası bölməsi vasitəsilə ƏDV bəyannaməsinin göndərildiyi gün ərzində vergi orqanına göndərilməlidir.
309-cu sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda vergi ödəyicisinin 1 yanvar 2001-ci il tarixə olan kreditor borcunun nəğdsiz qaydada ödənilmiş məbləği əks etdirilir. Həmin məbləğə əsasən hesablanmış ƏDV məbləği isə avtomatik olaraq ƏDV məbləği sütununda əks olunur. 309-cu sətrin açıqlaması isə bəyannaməyə əlavə 6-da əks etdirilir. Bu əlavədə 2001-ci il tarixə olan kreditor borcunun hesabat dövrünə qədər ödənilməmiş qalıq məbləği , hesabat dövründə ödənilmiş ƏDV-siz məbləği ƏDV-siz məbləğ xanalarında əks etdirilir. Həmin məbləğə əsasən hesablanmış 20 faiz ƏDV məbləği isə 20% li ƏDV məbləği xanalarında avtomatik olaraq əks olunur.
310-cu sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda idxalda ƏDV-yə cəlb edilmiş əməliyyatlara görə ödənilmiş məbləğ əks etdirilir və həmin məbləğə əsasən hesablanmış ƏDV məbləği isə ƏDV məbləği sütununda avtomatik olaraq əks olunur.
311-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda idxalda ƏVD-dən azad edilmiş əməliyyatlara görə ödənilmiş məbləğ əks etdirilir. 310 və 311-ci sətrin açıqlaması bəyannaməyə 1 nömrəli əlavədə əks etdirilir.
1 nömrəli əlavənin cari hesabat dövrünün sağ hissəsində + işarəsi sıxılmaqla əlavə olunan sətirdə cari hesabat dövründə əldə edilmiş yük gömrük bəyannamələri və bu bəyannamələr üzrə aparılmış ödənişlərə aid müvafiq məlumatlar sətir kodu , yük gömrük bəyannəməsinin təqdim etmiş gömrük orqanının adı , vöeni, yük gömrük bəyannaməsinin tarixi , seriyası , nömrəsi, malın ƏDV-siz ümumi məbləği , vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV-siz məbləği əks etdirilir. İdxal edilmiş malın ümumi dəyərinə və ödənilmiş məbləğə görə hesablanmış ƏDV məbləği isə avtomatik olaraq Malın ƏDV məbləği və Ödənilmiş ƏDV məbləği sütunlarında əks olunur.
1 nömrəli əlavənin Əvvəlki Dövrlərdə hissəsində vergi ödəyicisi tərəfindən əvvəlki hesabat dövrlərində əldə edilmiş lakin ödənişi cari ödəniş hesabat dövründə aparılmış yük gömrük bəyannamələri barədə müvafiq məlumat əks etdirilir.
312-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda vergi məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri-rezidentin gördüyü işlərə xidmətlərə görə ona ödənilmiş ƏDV-siz məbləğ əks etdirilir və həmin məbləğə əsasən hesablanan ƏDV məbləği ƏDV məbləği sütununda avtomatik olaraq əks olunur. 312-ci sətrin açıqlaması isə bəyannaməyə 7 nömrəli əlavədə əks etdirilir.
313-cü sətirdə vergi məcəlləsinin 175.2-ci maddəsinə müvafiq olaraq bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti digər hissəsi isə başqa məqsədlər üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nəğdsiz qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturalar üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların işlərin xidmətlərin xüsusi çəkisinə görə müəyyənləşdirilən və əvəzləşdirilmisinə yol verilməyən ƏDV-nin məbləği əks etdirilir.
314-cü sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda vergi məcəlləsinin 175.3-cü maddəsinə əsasən əvəzləşdirilməsinə yol verilməyən əməliyyatlar üzrə ödənilmiş ƏDV-siz məbləğ əks etdirilir və həmin məbləğə əsasən hesablanan ƏDV məbləği isə ƏDV məbləği sütununda avtomatik olaraq əks olunur.
315-ci sətrin ƏDV məbləği sütununda bəyannamənin 303-cü sətrində qeyd olunan faiz dərəcəsinin əvəzləşdirilən ƏDV məbləğinin hasili nəticəsində alınan və vergi məcəlləsinin 175.4-cü maddəsinə əsasən əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği əks etdirilir.
316-cı sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda ƏDV-yə 0% dərəcə ilə cəlb olunan əməliyyatlar çəriçəvəsində ödənilən ƏDV-siz məbləğ əks etdirilir.
317-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda 308 , 309, 310,311,312 və 316-cı sətirlərin eyni sütünda əks etdirilən məbləğlərinin cəmi , ƏDV məbləği sütununda isə 308,309,310,311 və 312-ci sətirlərin eyni sütunlarında qeyd olunan məbləğlərin cəmindən 313 və 315-ci sətirlərdə qeyd olunan məbləğlər çıxılmaqla qeyd olunur.
Daha sonra III dəqiqləşdirilən alt bölməsi doldurulur. Bu bölmə vergi ödəyicisi tərəfindən vergi məcəlləsinin 163.1-ci maddəsində göstərilən hallarda doldurulur. Belə ki, 318 və 319-cu sətirlərin Dövriyyə məbləği (ƏDV-siz) sütununda müvafiq olaraq vergi məcəlləsinin 163.1-ci maddəsinə əsasən ƏDV-yə müvafiq olaraq 18% və 20% dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə artırılan və azaldılan ƏDV-siz məbləğlər əks etdirilir və həmin məbləğlərə əsasən hesablanmış ƏDV məbləği isə avtomatik olaraq ƏDV məbləği sütununda əks etdirilir.
320 və 321-ci sətirlərin Dövriyyə məbləği (ƏDV-siz) sütununda müvafiq olaraq vergi məcəlləsinin 163.1-ci maddəsinə əsasən ƏDV-yə 0% dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə artırılan və azaldılan ƏDV-siz məbləğlər əks etdirilir və ƏDV məbləği sütunu doldurulmur.
322 və 323-cü sətirlərin Dövriyyə məbləği (ƏDV-siz) sütununda müvafiq olaraq vergi məcəlləsinin 163.1-ci maddəsinə əsasən ƏDV-dən azad edilən əməliyyatlar üzrə artırılan və ya azaldılan ƏDV-siz məbləğlər əks etdirilir və ƏDV məbləği sütunu doldurulmur.
Daha sonra IV hesablaşmalar alt bölməsi doldurulur. Bu bölmədə vergi ödəyicisinin dövlət büdcəsinə yaranan ƏDV borcu və ya artıq ödəməsi barədə məlumat avtomatik olaraq əks olunur. Belə ki,324-cü sətirdə 305,306 və 318-ci sətirlərdə əks olunan ƏDV məbləğlərinin cəmi ilə 317 və 319-cu sətirlərdə əks olunan ƏDV məbləğlərinin cəmi arasında yaranan müsbət fərq , 325-ci sətirdə isə qeyd olunan sətrlər arasında yaranan mənfi fərq avtomatik olaraq əks olunur.
Daha sonra V muzdlu işlə əlaqədər verginin hesablanması alt bölməsi doldurulur. 330-cu sətrin müvafiq sütunlarında cari hesabat ayında və ya hesabat dövrünün birinci ayına uyğun olaraq işçilərin faktiki sayı, həmin işçilərin muzdlu işlə əlaqədar hesablanmış gəlirin məbləği və həmin gəlir əsasında hesablanaraq ödəniləcək gəlir vergisinin məbləği qeyd edilir.
330.1-ci sətirdə isə həmin göstəricilərin , o cümlədən xarici fiziki şəxslər üzrə müvafiq məlumatları da daxil edilir.
Bəyannanmənin 302, 316 , 320 və 321-ci sətirləri hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən vergi ödəciyiciləri tərəfindən həmin sazişlər əsasında aparılan əməliyyatlar əsasında tərtib edildikdə eyni zamanda bəyannaməyə 8 nömrəli əlavədə müəssisənin təqdim etdiyi sertfikatlar habelə aldığı sertfikatlar üzrə təqdim etdiyi malların işlərin xidmətlərin dəyəri qeyd edilir. Belə ki, müəssisənin təqdim etdiyi sertfikatlar barədə məlumat 8 nömrəli əlavənin Müəssisənin təqdim etdiyi sertfikatlar hissəsinin yuxarı sağ tərəfində + işarəsi sıxılmaqla əlavə olunan sətirdə müəssisənin sertfikat təqdim etdiyi şəxsin adı, vöeni, sertfikatın seriya və nömrəsi sütunlarında əks etdirilir. Həmin əlavənin müəssisənin aldığı sertfikartlar üzrə təqdim etdiyi malın görülmüş işin göstərilən xidmətin dəyəri hissəsinin isə yuxarı sağ tərəfində + işarəsi sıxılmaqla əlavə olunan sətirdə müəssisəyə sertfikat təqdim etmiş şəxsin adı , vöeni , sertfikatın seriya və nömrəsi və xidmətin dəyəri əks etdirilir.
Bəyannamə tərtib edildikdən sonra Fayl menyusunda qeyd et düyməsi sıxılmaqla bəyannamə qeyd edilir. Daha sonra paketlə menyusundan paketlə düyməsi sıxılır açılan pəncərədə ən son hazırlanan bəyannamələr siyahısından hazırlanaraq paketlənməli olan bəyannamə seçilir və bəyannaməni paketə əlavə et düyməsini sıxmaqla paketə əlavə edilir. Paket faylın adı sətrində hazırlanmış paketə ad verilərək paketlə düyməsi sıxılır və paket faylı yaradılır.
Bundan sonra istifadəçi https://www.e-taxes.gov.az/ internet səhifəsinə daxil olaraq səhifənin sol yuxarı tərəfində yerləşən Giriş düyməsini seçir. Açılan pəncərədə vergi ödəyicisinə məxsus istifadəçi kodu , parol və şifrə daxil edilir və bölmə sətrində e-bəyannamə seçilərək daxil ol düyməsi sıxılmaqla sistemə daxil olunur.
Burada e-bəyannamə menyusundan paket göndər düyməsi sıxılır. Açılan pəncərədə göndəriləcək paketi seçin sətrindən Browse düyməsini sıxmaqla növbəti pəncərədə C diskindən Ebyn qovluğuna daxil olaraq paketlər qovluğunun içərisindəki hazırlanmış paket seçilir. Daha sonra göndər düyməsi sıxılır.
Növbəti açılan pəncərədə paketin müvəffəqiyyətlə yüklənməsi haqqında müvafiq mesaj çıxır. Bu mesaj oxunduqdan sonra göndərilən bəyannamələrin sistem tərəfindən yoxlanılması üçün yoxla düyməsi sıxılır.
Yoxlama uğurla başa çatarsa açılan pəncərinin bəyannamə seç hissəsində təsdiqlənəcək bəyannamə işarə edilərək təsdiqlə düyməsi seçilir.
Bu zaman açılan pəncərədə Seçdiyiniz bəyannamələri təsdiqləmək istəyirsinizmi məzmununda sualına OK düyməsinə vurmaqla təsdiqləmə əməliyyatı başa çatmış olacaq və bəyannamənin qəbul olunaraq təsdiqləndiyi barədə müvafiq təsdiq mesajı və bildiriş önə çıxacaqdır.
Vergi ödəyicisi təsdiq mesajını aldıqdan sonra bildirişin üzərinə sıxmaqla təqdim etdiyi bəyannamənin bildirişinə baxa , kompüterinin yaddaşına saxlaya və ya çap edə bilər.Təsdiqdən sonra təsdiqlənən bəyannamə şəxsi hesab vərəqəsinə yazılır.
Əlavə olaraq bildiririk ki,vergi ödəyicisi tərəfindən yuxarıda qeyd olunan qaydada tərtib olunan bəyannamə kağız formatında da vergi orqanına təqdim edilə bilər.
Bəyannamənin tərtibi və göndərilməsi zamanı qarşılaşdığınız sual və problemlərlə 195 nömrəsinə zəng etməklə 1 düyməsini seçərək vergilər nazirliyinin telefon məlumat xidmətinə müraciət edə bilərsiniz.
Suallar və Cavablar:
301-ci sətrdə hansı əməliyyatların məbləği əks etdirilir? - 301-ci sətrdə ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatların ƏDV-siz məbləği əks olunur.
301-ci sətrin açıqlaması hansı əlavə sənəddə verilir? - 301-ci sətrin açıqlaması bəyannaməyə Əlavə 3-də əks olunur.
301-ci sətrdəki dövriyyə məbləği hansı sətirlərin cəminə bərabər olmalıdır? - 301-ci sətrdəki dövriyyə məbləği bəyannamənin 3 nömrəli əlavəsinin 301.1, 301.2 və 301.3 sətirlərinin cəminə bərabər olmalıdır.
Vergi ödəyicisinin ƏDV tutulan əməliyyat sayılmayan dövriyyəsi harada əks olunur? - Bu məlumatlar bəyannamənin 3 nömrəli əlavəsinin ƏDV tutulan əməliyyat sayılmayan dövriyyə barədə məlumat hissəsində əks olunur.
ƏDV-yə 0% dərəcə ilə cəlb olunan əməliyyatlar hansı sətrdə əks olunur? - Vergi məcəlləsinin 165-ci maddəsinə əsasən, bu əməliyyatlar 302-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda əks olunur.
302-ci sətrin açıqlaması hansı sənəddə verilir? - 302-ci sətrin açıqlaması bəyannamənin 4 nömrəli əlavəsində verilir.
302-ci sətrdəki məbləğ hansı sətirlərin cəminə bərabər olmalıdır? - 302-ci sətrdəki məbləğ bəyannamənin 4 nömrəli əlavəsinin 302.1 və 302.9-cu sətirlərinin cəminə bərabər olmalıdır.
303-cü sətrdə hansı əməliyyatlar əks olunur? - 303-cü sətrdə Vergi Məcəlləsinin 164-cü maddəsinə və digər qanunvericiliyə əsasən ƏDV-dən azad olan əməliyyatlar əks etdirilir.
303-cü sətrin açıqlaması hansı sənəddə verilir? - 303-cü sətrin açıqlaması bəyannamənin 5 nömrəli əlavəsində əks etdirilir.
303-cü sətrdəki məbləğ hansı sətirlərin cəminə bərabər olmalıdır? - 303-cü sətrdəki məbləğ bəyannamənin 5 nömrəli əlavəsinin 303.1 və 303.15-ci sətirlərinin cəminə bərabər olmalıdır.
304-cü sətrdə hansı əməliyyatların məbləği qeyd olunur? - 304-cü sətrdə 1 yanvar 2001-ci il tarixədək olan və 20% dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlardan daxil olmuş ƏDV-siz vəsait əks etdirilir.
305-ci sətr hansı məlumatları ehtiva edir? - 305-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda 301, 302, 303 və 304-cü sətirlərin eyni sütunlarında əks olunmuş məbləğlərin cəmi, ƏDV məbləği sütununda isə 301 və 304-cü sətirlərin eyni sütunlarında qeyd olunmuş məbləğlərin cəmi avtomatik olaraq qeyd olunur.
301-ci sətrdə qeyd olunan ƏDV məbləği necə hesablanır? - 301-ci sətrdəki ƏDV məbləği, dövriyyə məbləğinə əsasən avtomatik olaraq hesablanaraq ƏDV məbləği sütununda əks olunur.
Vergi ödəyicisinin hansı dövriyyələri ƏDV tutulan əməliyyat sayılmır - Vergi Məcəlləsinin 168-ci, 159.5-ci, 159.7-ci və 160-cı maddələrinə əsasən müəyyən edilən dövriyyələr ƏDV tutulan əməliyyat sayılmır.
Vergi Məcəlləsinin 165-ci maddəsinə əsasən hansı əməliyyatlar ƏDV-yə 0% dərəcə ilə cəlb olunur? - Bu maddəyə əsasən xarici iqtisadi fəaliyyət, ixrac əməliyyatları və digər bəzi xüsusi fəaliyyətlər ƏDV-yə 0% dərəcə ilə cəlb olunur.
302-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı məbləğlər əks etdirilir? - Vergi Məcəlləsinin 165-ci maddəsinə əsasən ƏDV-yə 0% dərəcə ilə cəlb olunan əməliyyatların məbləği burada əks olunur.
303-cü sətrdə qeyd olunan ƏDV məbləği necə hesablanır? - 303-cü sətrin Dövriyyə məbləği sütununda ƏDV-dən azad olan əməliyyatlar qeyd edilir və onların ümumi dövriyyədə xüsusi çəkisi ƏDV məbləği sütununda faizlə avtomatik əks olunur.
304-cü sətrdə qeyd olunan əməliyyatlar niyə xüsusi olaraq göstərilir? - 304-cü sətrdə 1 yanvar 2001-ci il tarixədək olan və 20% ƏDV dərəcəsi tətbiq edilən əməliyyatlardan daxil olmuş ƏDV-siz vəsait qeyd edilir, çünki bu əməliyyatlar keçmiş dövrlərə aid olduğu üçün ayrıca qeyd olunmalıdır.
305-ci sətrdə hansı sütunlar avtomatik doldurulur? - 305-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütunu 301, 302, 303 və 304-cü sətirlərin eyni sütunlarında qeyd olunan məbləğlərin cəmi əsasında, ƏDV məbləği sütunu isə 301 və 304-cü sətirlərdə qeyd olunan məbləğlərin cəmi əsasında avtomatik doldurulur.
Bəyannaməyə Əlavə 3, Əlavə 4 və Əlavə 5 nə üçün istifadə olunur? - Əlavə 3 ƏDV tutulan dövriyyə barədə məlumat verir, Əlavə 4 ƏDV-yə 0% dərəcə ilə cəlb olunan əməliyyatları açıqlayır, Əlavə 5 isə ƏDV-dən azad olunan əməliyyatlar haqqında məlumatları ehtiva edir.
ƏDV məbləği sütununda məbləğlərin avtomatik qeyd olunması nəyi ifadə edir? - Bu, ƏDV-nin müəyyən əməliyyatlar üzrə əvvəlcədən müəyyən edilmiş qaydalar əsasında hesablanaraq sistem tərəfindən avtomatik doldurulmasını göstərir.
ƏDV tutulan və ƏDV-dən azad olunan əməliyyatlar arasında hansı əsas fərqlər var? - ƏDV tutulan əməliyyatlar müəyyən edilmiş dərəcələrlə ƏDV-yə cəlb edilir, ƏDV-dən azad olunan əməliyyatlar isə ümumiyyətlə ƏDV hesablanmadan həyata keçirilir.
Dövriyyə məbləği (ƏDV-siz) sütunu nəyi ifadə edir? - Bu sütunda ƏDV nəzərə alınmadan əməliyyatların ümumi məbləği qeyd olunur.
Vergi bəyannaməsində dövriyyələrin düzgün əks olunmaması hansı problemlərə səbəb ola bilər? - Yanlış məlumat vergi yoxlamalarına, cərimələrə və əlavə vergi öhdəliklərinə səbəb ola bilər.
ƏDV tutulan əməliyyatlar necə müəyyən edilir? - ƏDV tutulan əməliyyatlar Vergi Məcəlləsinin müvafiq maddələri əsasında müəyyən edilir və bəyannamənin müvafiq sətirlərində əks etdirilir.
ƏDV məbləğinin avtomatik olaraq faizlə əks olunması nə deməkdir? - Bu, ümumi dövriyyədə müəyyən əməliyyatların xüsusi çəkisinin faiz şəklində sistem tərəfindən avtomatik hesablanması deməkdir.
Vergi ödəyicisi ƏDV tutulan və ƏDV tutulan sayılmayan dövriyyələrini harada əks etdirməlidir? - Vergi ödəyicisi bu məlumatları bəyannamənin 3 nömrəli əlavəsində müvafiq bölmələrdə əks etdirməlidir.
ƏDV bəyannaməsinin doldurulmasında əsas qaydalar hansılardır? - Dövriyyələrin düzgün kateqoriyalara bölünməsi, müvafiq ƏDV dərəcələrinin tətbiq edilməsi və məbləğlərin bəyannamənin əlavələri ilə uyğun olmasının təmin edilməsi əsas qaydalardır.
Hansı hallarda ƏDV tutulan əməliyyat sayılmır? - Vergi Məcəlləsində göstərilən bəzi fəaliyyət növləri və əməliyyatlar ƏDV tutulan əməliyyat hesab olunmur.
Bəyannamənin əlavələrindəki məlumatlar əsas bəyannamə ilə necə əlaqəlidir? - Əlavələr əsas bəyannamədəki məlumatları dəqiqləşdirir və təsdiqləyir, onların məbləğləri isə əsas bəyannamədəki müvafiq sətirlərə uyğun olmalıdır.
306-cı sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı əməliyyatlar əks olunur? - ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən görülən işlərə, xidmətlərə görə ona ödənilən və ya ödənilməli olan ƏDV-siz məbləğ.
306-cı sətrin ƏDV məbləği sütununda məbləğ necə əks olunur? - Əsas məbləğə əsasən hesablanmış ƏDV məbləği avtomatik olaraq göstərilir.
307-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda nə göstərilir? - Vergi ödəyicisinin təqdim etdiyi mallara, işlərə, xidmətlərə görə əldə etdiyi ƏDV-siz məbləğ.
308-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı məbləğ qeyd edilir? - Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab-fakturalar üzrə nəğdsiz qaydada ödənilmiş əsas məbləğ.
308-ci sətrin ƏDV məbləği sütununda hansı məbləğ göstərilir? - Əsas məbləğ əsasında nəğdsiz qaydada ödənilmiş ƏDV məbləği avtomatik əks olunur.
308-ci sətrin məlumatları necə müəyyən olunur? - İnternet vergi idarəsinin onlayn kargüzarlıq bölməsinin "Elektron vergi hesab-fakturası" alt bölməsinin əvəzləşdirilən hissəsində əldə edilmiş elektron vergi hesab-fakturalar əsasında.
308-ci sətrin məlumatları nə vaxt vergi orqanına göndərilməlidir? - ƏDV bəyannaməsinin göndərildiyi gün ərzində vergi orqanına təqdim olunmalıdır.
309-cu sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı məbləğlər əks olunur? - Vergi ödəyicisinin 1 yanvar 2001-ci il tarixə olan kreditor borcunun nəğdsiz qaydada ödənilmiş məbləği.
309-cu sətrin ƏDV məbləği sütununda hansı məbləğ qeyd edilir? - Ödənilmiş əsas məbləğə əsasən hesablanmış ƏDV məbləği avtomatik olaraq əks olunur.
309-cu sətrin açıqlaması bəyannamənin hansı əlavəsində qeyd edilir? - Əlavə 6-da.
Əlavə 6-da hansı məlumatlar göstərilir? - 2001-ci ilə qədər olan kreditor borcunun hesabat dövrünə qədər ödənilməmiş qalığı, hesabat dövründə ödənilmiş ƏDV-siz məbləği və ona əsasən hesablanmış ƏDV məbləği.
310-cu sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı əməliyyatlar əks etdirilir? - İdxalda ƏDV-yə cəlb edilmiş əməliyyatlara görə ödənilmiş məbləğ.
310-cu sətrin ƏDV məbləği sütununda hansı məbləğ göstərilir? - Həmin məbləğə əsasən hesablanmış ƏDV məbləği avtomatik olaraq əks olunur.
311-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı məbləğlər qeyd edilir? - İdxalda ƏDV-dən azad edilmiş əməliyyatlara görə ödənilmiş məbləğ.
310 və 311-ci sətrin açıqlamaları bəyannamənin hansı əlavəsində qeyd edilir? - 1 nömrəli əlavədə.
Vergi ödəyicisinin təqdim etdiyi mallara görə ƏDV məbləği necə müəyyən edilir? - Dövriyyə məbləğinə əsasən avtomatik hesablanaraq ƏDV məbləği sütununda əks olunur.
Elektron vergi hesab-fakturalar üzrə əvəzləşdirilən məbləğlərin təsdiqlənməsi necə aparılır? - İnternet vergi idarəsinin müvafiq bölmələrində yoxlanılaraq təsdiqlənir.
Vergi ödəyicisinin kreditor borcu nə vaxt ƏDV-yə cəlb olunur? - 1 yanvar 2001-ci il tarixindən sonra nəğdsiz qaydada ödənildikdə.
Vergi bəyannaməsində idxal əməliyyatları hansı bölmədə qeyd edilir? - 310 və 311-ci sətirlərdə.
ƏDV bəyannaməsinin elektron formada göndərilməsinin üstünlükləri nədir? - Vergi ödəyicisinin məlumatlarını sürətli və dəqiq şəkildə təqdim etməsinə imkan yaradır.
ƏDV məbləğinin avtomatik hesablanmasının məqsədi nədir? - Vergi ödəyicisinin hesablama səhvlərinin qarşısını almaq və vergi bəyannaməsinin dəqiqliyini artırmaq.
ƏDV məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentlərə görə hansı sətir doldurulur? - 306-cı sətr.
Vergi ödəyicisinin təqdim etdiyi mallara görə hansı sətir doldurulur? - 307-ci sətr.
Elektron vergi hesab-fakturalar üzrə ƏDV-nin əvəzləşdirilməsi hansı şərtlər daxilində mümkündür? - Nəğdsiz qaydada ödəniş aparıldıqda və elektron vergi hesab-fakturası alındıqda.
Vergi ödəyicisi bəyannaməni vergi orqanına hansı yollarla göndərə bilər? - Elektron formada internet vergi idarəsi vasitəsilə.
ƏDV bəyannaməsində əlavə 6 hansı məlumatları əhatə edir? - Kreditor borclar və onlara aid ƏDV məbləğləri barədə məlumatları.
Vergi ödəyicisi nəğdsiz qaydada ödənilmiş məbləğləri necə təsdiq edə bilər? - Bank çıxarışları və elektron vergi hesab-fakturalar vasitəsilə.
ƏDV bəyannaməsinin müvafiq əlavələri doldurulmazsa, hansı nəticələr ola bilər? - Yanlış məlumat təqdim edildiyinə görə cərimələr və vergi yoxlamaları ola bilər.
İdxal əməliyyatlarına görə ƏDV ödəmələri necə hesablanır? - Gömrük sənədlərində göstərilən məbləğlərə əsasən avtomatik olaraq.
Vergi ödəyicisi ƏDV bəyannaməsində hansı əməliyyatlarını əks etdirməlidir? - Bütün ƏDV-yə cəlb olunan, ƏDV-dən azad olunan və idxal əməliyyatlarını.
306-cı sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı məbləğ əks etdirilir? - ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən görülən işlərə, xidmətlərə görə ona ödənilən və ya ödənilməli olan ƏDV-siz məbləğ.
307-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı məbləğ əks etdirilir? - Vergi ödəyicisinin təqdim etdiyi mallara, işlərə, xidmətlərə görə əldə etdiyi ƏDV-siz məbləğ.
308-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı məlumatlar əks olunur? - Vergi məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron vergi hesab-fakturalar üzrə nəğdsiz qaydada ödənilmiş əsas məbləğ.
309-cu sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı borc əks etdirilir? - 1 yanvar 2001-ci il tarixə olan kreditor borcunun nəğdsiz qaydada ödənilmiş məbləği.
310-cu sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı əməliyyatlara görə ödənilmiş məbləğ göstərilir? - İdxalda ƏDV-yə cəlb edilmiş əməliyyatlara görə ödənilmiş məbləğ.
311-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı əməliyyatlara görə ödənilmiş məbləğ əks etdirilir? - İdxalda ƏDV-dən azad edilmiş əməliyyatlara görə ödənilmiş məbləğ.
1 nömrəli əlavədə hansı məlumatlar əks olunur? - Yük gömrük bəyannamələri və bu bəyannamələr üzrə aparılmış ödənişlərə dair məlumatlar.
1 nömrəli əlavənin Əvvəlki Dövrlərdə hissəsində nə göstərilir? - Əvvəlki hesabat dövrlərində əldə edilmiş, lakin ödənişi cari hesabat dövründə aparılmış yük gömrük bəyannamələri barədə məlumat.
312-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı məbləğ əks olunur? - Vergi məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri-rezidentin gördüyü işlərə, xidmətlərə görə ona ödənilmiş ƏDV-siz məbləğ.
312-ci sətrin açıqlaması bəyannamənin hansı əlavəsində əks etdirilir? - 7 nömrəli əlavədə.
313-cü sətirdə hansı ƏDV məbləği əks etdirilir? - Sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların, işlərin, xidmətlərin xüsusi çəkisinə görə müəyyənləşdirilən və əvəzləşdirilməsinə yol verilməyən ƏDV-nin məbləği.
314-cü sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı əməliyyatlar üzrə məbləğ əks olunur? - Vergi məcəlləsinin 175.3-cü maddəsinə əsasən əvəzləşdirilməsinə yol verilməyən əməliyyatlar üzrə ödənilmiş ƏDV-siz məbləğ.
315-ci sətrin ƏDV məbləği sütununda hansı məbləğ əks olunur? - Vergi məcəlləsinin 175.4-cü maddəsinə əsasən əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği.
316-cı sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı əməliyyatlar əks olunur? - ƏDV-yə 0% dərəcə ilə cəlb olunan əməliyyatlar çərçivəsində ödənilən ƏDV-siz məbləğ.
317-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı sətirlərin cəmi göstərilir? - 308, 309, 310, 311, 312 və 316-cı sətirlərin eyni sütunda əks etdirilən məbləğlərinin cəmi.
317-ci sətrin ƏDV məbləği sütununda hansı hesablamalar aparılır? - 308, 309, 310, 311 və 312-ci sətirlərin məbləğlərindən 313 və 315-ci sətirlərin məbləğləri çıxılır.
III Dəqiqləşdirilən alt bölməsi hansı hallarda doldurulur? - Vergi məcəlləsinin 163.1-ci maddəsində göstərilən hallarda.
318 və 319-cu sətirlərin Dövriyyə məbləği (ƏDV-siz) sütunlarında hansı məbləğlər əks olunur? - ƏDV-yə müvafiq olaraq 18% və 20% dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə artırılan və azaldılan ƏDV-siz məbləğlər.
1 nömrəli əlavədə yük gömrük bəyannamələrinin hansı rekvizitləri qeyd olunur? - Sətir kodu, gömrük orqanının adı, VÖEN, tarixi, seriyası, nömrəsi, malın ƏDV-siz ümumi məbləği və ödənilmiş məbləğ.
1 nömrəli əlavədə ödənilmiş ƏDV məbləği necə əks olunur? - Malın ümumi dəyəri və ödənilmiş məbləğə görə hesablanmış ƏDV məbləği avtomatik olaraq əks olunur.
Vergi ödəyicisi əvvəlki hesabat dövrlərində əldə etdiyi, lakin ödənişi cari dövrdə aparılmış malları harada qeyd edir? - 1 nömrəli əlavənin Əvvəlki Dövrlərdə hissəsində.
Vergi ödəyicisinin 2001-ci ilə aid kreditor borcu harada əks olunur? - 309-cu sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda.
Vergi bəyannaməsi necə təqdim edilir? - Elektron formada tərtib olunaraq internet vergi idarəsi vasitəsilə vergi orqanına göndərilir.
Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və digər məqsədlər üçün aldığı malların ƏDV məbləği harada qeyd olunur? - 313-cü sətrdə.
308-ci sətirdə hansı sənədlər üzrə ödənişlər əks etdirilir? - Elektron vergi hesab-fakturalar üzrə nəğdsiz qaydada ödənilmiş məbləğlər.
ƏDV bəyannaməsi hansı bölmələrdən ibarətdir? - Verginin hesablanması, əvəzləşdirilən, dəqiqləşdirilən və digər bölmələrdən.
Vergi ödəyicisinin təqdim etdiyi mallara görə əldə etdiyi ƏDV-siz məbləğ harada qeyd olunur? - 307-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda.
Elektron vergi hesab-fakturası bölməsinin əvəzləşdirilən hissəsi nə üçün istifadə olunur? - Alınmış malların nəğdsiz qaydada ödənilmiş ƏDV-siz dəyərini müəyyən etmək üçün.
ƏDV-yə cəlb edilən idxal əməliyyatları hansı sətirdə qeyd olunur? - 310-cu sətirdə.
ƏDV-dən azad edilən idxal əməliyyatları hansı sətirdə qeyd olunur? - 311-ci sətirdə.
320-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı məbləğlər əks olunur? - Vergi Məcəlləsinin 163.1-ci maddəsinə əsasən ƏDV-yə 0% dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə artırılan ƏDV-siz məbləğlər.
321-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı məbləğlər əks olunur? - Vergi Məcəlləsinin 163.1-ci maddəsinə əsasən ƏDV-yə 0% dərəcə ilə cəlb edilən əməliyyatlar üzrə azaldılan ƏDV-siz məbləğlər.
320 və 321-ci sətirlərin ƏDV məbləği sütunları doldurulmalıdırmı? - Xeyr, bu sətirlərin ƏDV məbləği sütunu doldurulmur.
322-ci sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı məbləğlər əks olunur? - Vergi Məcəlləsinin 163.1-ci maddəsinə əsasən ƏDV-dən azad edilən əməliyyatlar üzrə artırılan ƏDV-siz məbləğlər.
323-cü sətrin Dövriyyə məbləği (ƏDV-siz) sütununda hansı məbləğlər əks olunur? - Vergi Məcəlləsinin 163.1-ci maddəsinə əsasən ƏDV-dən azad edilən əməliyyatlar üzrə azaldılan ƏDV-siz məbləğlər.
322 və 323-cü sətirlərin ƏDV məbləği sütunu doldurulmalıdırmı? - Xeyr, bu sətirlərin ƏDV məbləği sütunu doldurulmur.
IV Hesablaşmalar alt bölməsində hansı məlumatlar əks olunur? - Vergi ödəyicisinin dövlət büdcəsinə yaranan ƏDV borcu və ya artıq ödəməsi barədə məlumat.
324-cü sətrin hesablanması necə aparılır? - 305, 306 və 318-ci sətirlərdə əks olunan ƏDV məbləğlərinin cəmi ilə 317 və 319-cu sətirlərdə əks olunan ƏDV məbləğlərinin cəmi arasında yaranan müsbət fərq əsasında.
325-ci sətrin hesablanması necə aparılır? - 305, 306 və 318-ci sətirlərdə əks olunan ƏDV məbləğlərinin cəmi ilə 317 və 319-cu sətirlərin ƏDV məbləğlərinin cəmi arasındakı mənfi fərq əsasında.
325-ci sətirdə nə göstərilir? - ƏDV məbləğlərinin hesablanması nəticəsində yaranan mənfi fərq.
Vergi ödəyicisinin ƏDV borcu hansı sətirdə qeyd olunur? - 324-cü sətirdə.
Vergi ödəyicisinin artıq ödədiyi ƏDV məbləği hansı sətirdə qeyd olunur? - 325-ci sətirdə.
V Muzdlu işlə əlaqədar verginin hesablanması alt bölməsində hansı məlumatlar əks olunur? - İşçilərin sayı, onların gəliri və hesablanmış gəlir vergisi məbləği.
330-cu sətrin müvafiq sütunlarında hansı məlumatlar əks etdirilir? - Cari hesabat ayında və hesabat dövrünün birinci ayında işçilərin sayı, onların muzdlu işə görə gəliri və gəlir vergisi məbləği.
330.1-ci sətirdə hansı əlavə məlumatlar əks olunur? - Xarici fiziki şəxslərlə bağlı müvafiq göstəricilər.
302-ci sətrin məlumatları hansı vergi ödəyicilərinə aiddir? - Hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinə.
316-cı sətrin məlumatları hansı halda bəyannaməyə daxil edilir? - Hasilatın pay bölgüsü haqqında sazişlər əsasında əməliyyatlar aparıldıqda.
320 və 321-ci sətirlər hansı hallarda doldurulur? - Hasilatın pay bölgüsü haqqında sazişlər əsasında aparılan əməliyyatlar zamanı.
321-ci sətrin doldurulması zamanı ƏDV məbləği qeyd olunurmu? - Xeyr, ƏDV məbləği sütunu doldurulmur.
8 nömrəli əlavədə hansı məlumatlar əks etdirilir? - Müəssisənin təqdim etdiyi və aldığı sertifikatlar üzrə məlumatlar.
Müəssisənin təqdim etdiyi sertifikatlar hansı hissədə qeyd olunur? - 8 nömrəli əlavənin "Müəssisənin təqdim etdiyi sertifikatlar" hissəsində.
8 nömrəli əlavədə müəssisənin aldığı sertifikatlar harada əks etdirilir? - "Müəssisənin aldığı sertifikatlar üzrə təqdim etdiyi malların, işlərin, xidmətlərin dəyəri" hissəsində.
8 nömrəli əlavədə müəssisənin təqdim etdiyi sertifikatlar necə əlavə edilir? - Yuxarı sağ küncdə "+" işarəsi sıxılmaqla.
8 nömrəli əlavədə müəssisənin aldığı sertifikatlar necə əlavə edilir? - Yuxarı sağ küncdə "+" işarəsi sıxılmaqla.
Hasilatın pay bölgüsü sazişləri ilə bağlı hansı sətirlər doldurulur? - 302, 316, 320 və 321-ci sətirlər.
Bəyannamədə sertifikatlara dair məlumatlar hansı əlavədə göstərilir? - 8 nömrəli əlavədə.
330-cu sətirdə işçilərin hansı məlumatları qeyd olunur? - Faktiki sayı, muzdlu işə görə gəliri və hesablanmış gəlir vergisi.
330.1-ci sətirdə hansı şəxslərin məlumatları qeyd olunur? - Xarici fiziki şəxslər üzrə göstəricilər.
Vergi ödəyicisinin təqdim etdiyi sertifikatlar üzrə məlumatlar hansı sətirlərdə əks etdirilir? - 8 nömrəli əlavənin müvafiq hissəsində.
ƏDV üzrə artıq ödəmə hansı sətirdə qeyd olunur? - 325-ci sətirdə.
ƏDV üzrə borc hansı sətirdə qeyd olunur? - 324-cü sətirdə.
ƏDV məbləği sütunu hansı sətirlərdə doldurulmur? - 320, 321, 322 və 323-cü sətirlərdə.
ƏDV bəyannaməsində hansı bölmələr mövcuddur?- Verginin hesablanması, əvəzləşdirilən məbləğlər, dəqiqləşdirilən məbləğlər, hesablaşmalar və muzdlu işlə əlaqədar vergi hesablanması bölmələri.
Vergi ödəyicisinin təqdim etdiyi sertifikatların məlumatları hansı sütunlarda qeyd olunur? - Sertifikat təqdim edilən şəxsin adı, VÖEN-i, sertifikatın seriyası və nömrəsi sütunlarında.
Vergi ödəyicisinin aldığı sertifikatların məlumatları hansı sütunlarda qeyd olunur? - Sertifikat təqdim etmiş şəxsin adı, VÖEN-i, sertifikatın seriyası və nömrəsi, xidmətin dəyəri sütunlarında.
Bəyannamənin IV bölməsi hansı məlumatları əhatə edir? - Vergi ödəyicisinin dövlət büdcəsinə yaranan ƏDV borcu və ya artıq ödəməsi barədə məlumat.
324-cü sətrin hesablanması üçün hansı sətirlərin cəmi götürülür? - 305, 306 və 318-ci sətirlərin cəmi ilə 317 və 319-cu sətirlərin cəmi arasındakı müsbət fərq əsasında.
325-ci sətirdə hansı fərq əks etdirilir? - 305, 306 və 318-ci sətirlərin cəmi ilə 317 və 319-cu sətirlərin cəmi arasındakı mənfi fərq.
Vergi ödəyicisinin muzdlu işçiləri ilə bağlı məlumatlar hansı bölmədə əks etdirilir? - V Muzdlu işlə əlaqədar verginin hesablanması alt bölməsində.
330.1-ci sətirdə hansı xarici fiziki şəxslərə aid məlumatlar qeyd edilir? - Muzdlu işlə əlaqədar gəlir əldə edən xarici fiziki şəxslər üzrə məlumatlar.
ƏDV-yə 0% dərəcə ilə cəlb edilən əməliyyatlar hansı maddəyə əsasən müəyyən edilir? - Vergi Məcəlləsinin 163.1-ci maddəsinə əsasən.
ƏDV-dən azad edilən əməliyyatlar hansı maddəyə əsasən müəyyən edilir? - Vergi Məcəlləsinin 163.1-ci maddəsinə əsasən.
Hasilatın pay bölgüsü sazişləri üzrə bəyannaməyə hansı əlavə daxil edilir? - 8 nömrəli əlavə.
8 nömrəli əlavədə hansı əməliyyatların dəyəri qeyd olunur? - Müəssisənin təqdim etdiyi və aldığı sertifikatlar üzrə təqdim etdiyi malların, işlərin, xidmətlərin dəyəri.
Müəssisənin təqdim etdiyi sertifikatların məlumatları hansı hissədə yerləşir? - 8 nömrəli əlavənin "Müəssisənin təqdim etdiyi sertifikatlar" hissəsində.
Müəssisənin aldığı sertifikatların məlumatları hansı hissədə yerləşir? - 8 nömrəli əlavənin "Müəssisənin aldığı sertifikatlar üzrə təqdim etdiyi malların, işlərin, xidmətlərin dəyəri" hissəsində.
ƏDV üzrə artıq ödəmə bəyannamədə necə əks olunur? - 325-ci sətirdə avtomatik olaraq əks olunur.
ƏDV üzrə borc bəyannamədə necə əks olunur? - 324-cü sətirdə avtomatik olaraq əks olunur.
Vergi ödəyicisinin təqdim etdiyi sertifikatlarla bağlı hansı əsas məlumatlar göstərilir? - Sertifikat təqdim edilən şəxsin adı, VÖEN-i, sertifikatın seriyası və nömrəsi.
Vergi ödəyicisinin aldığı sertifikatlarla bağlı hansı əsas məlumatlar göstərilir? - Sertifikat təqdim edən şəxsin adı, VÖEN-i, sertifikatın seriyası və nömrəsi, xidmətin dəyəri.