Əmlak vergisinin bəyannaməsi Vergi məcəlləsinin 196-cı maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Əmlak vergisinin ödəyicisi sayılan müəssisələr tərəfindən tərtib edilərək təqdim edilir.
Əmlak vergisi bəyannaməsinin elektron formada təqdim edilməsi üçün vergi ödəyicisi tərəfindən Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə edilməlidir.
Bu məqsədlə vergi ödəyicisi https://www.e-taxes.gov.az/ saytının e-Bəyannamə hissəsinin Lazımlı proqramlar bölməsindən müvafiq proqramları öz kompüterinə yükləyib səhifədə göstərilən ardıcıllıqla quraşdırmalıdır.
BTP kompüterə yükləndikdən sonra vergi ödəyicisi proqramın Fayl menyusunu seçməklə Yeni alt menyusuna daxil olur. Açılan pəncərədən Bəyannamə növündən Əmlak vergisinin bəyannaməsi seçilərək Qəbul düyməsi sıxılır.
Açılan ekrandakı müvafiq bəyannamə 3 əsas: Ümumi məlumat , Əmlak vergisinin hesablanması və Əlavə bölmələrindən ibarətdir.
İlkin olaraq Ümumi məlumat bölməsi tərtib edilir. Bu bölmə 3 alt bölmədən ibarətdir.
I alt bölmənin idarə məlumatlarına aid vergi orqanı xanasında vergi ödəyicisin qeydiyyatda olduğu vergi orqanının adı, vergi dövrü xanasında bəyannamənin illik təqdim edilməsi, il xanasında isə bəyannamənin hansı ilə aid olması qeyd olunur.
II alt bölmənin şəxsi məlumatlara aid vöen xanasında vergi ödəyicisinin vöeni, ödəyici tipi xanasında vergi ödəyicisinin statusuna uyğun olaraq hüquqi şəxs, adı xanasında vergi ödəyicisinin adı, mobil nömrə sətirlərində vergi ödəyicisinin mobil telefon nömrələri , şəhər nömrəsi sətirlərində isə vergi ödəyicisinin şəhər telefon nömrələri qeyd olunur.
III alt bölmənin bəyannamə məlumatlarına aid əsas fəaliyyət növü kodu xanasında vergi ödəyicisinin əsas fəaliyyət növünün kodu , adı xanasında isə seçilmiş fəaliyyət koduna uyğun olaraq fəaliyyət növünün adı avtomatik əks olunur. Təqdim olunmuş əlavələrin sayı xanasında vergi ödəyicisi tərəfindən bəyannaməyə əlavə olunan əlavədəki vərəqlərin sayı əks etdirilir.
Bəyannamənin növü xanasında 4 variant seçimi var.
Əgər hesabat dövrü üçün ilkin bəyannamə göndərilirsə onda cari bəyannamə seçilməlidir. Cari bəyannamə hesabat ili başa çatandan sonra növbəti ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
Zərurət yarandıqda vergi məcəlləsinin 72.5-ci maddəsində nəzərdə tutulmuş qaydada vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilir
Ləğv olma bəyannaməsi vergi ödəyicisi ləğv edildiyi hallarda seçilir.
Əgər ləğv olma bəyənnaməsinə səhv məlumatlar daxil edilmişdirsə onda həmin səhvləri düzəltmək üçün ləğvin dəqiqləşdirilmişi seçilməlidir.
Ümumi məlumat bölməsi doldurulduqdan sonra verginin hesablanmasına aid Əmlak vergisinin hesablanması bölməsinə keçilir.
Müəssisə il ərzində tam fəaliyyət göstərdiyi halda bəyannamənin hesabat ilinin əvvəlinə və hesabat ilinin sonuna hissələri doldurulur.
Hesabat ilinin əvvəlinə hissəsinin 501.1-ci sətrində Vergiyə cəlb olunan əmlakın qalıq dəyəri , 501.1.1-ci sətrində Qeyri-kommersiya fəaliyyətində istifadə olunan əmlakın qalıq dəyəri, 501.2-ci sətrində isə Vergidən azad olunan əmlakın qalıq dəyəri manatla qeyd olunur.
501.1-ci və 501.2-ci sətirlərdə əks etdirilən məbləğlərin cəmi 501-ci sətirdə avtomatik olaraq əks etdirilir.
Hesabat ilinin sonuna hissəsinin 504.1-ci sətrində Vergiyə cəlb olunan əmlakın qalıq dəyəri , 504.1.1-ci sətrində Qeyri-kommersiya fəaliyyətində istifadə olunan əmlakın qalıq dəyəri, 504.2-ci sətrində isə Vergidən azad olunan əmlakın qalıq dəyəri manatla qeyd olunur.
504.1-ci və 504.2-ci sətirlərdə əks etdirilən məbləğlərin cəmi 504-cü sətirdə avtomatik olaraq əks etdirilir.
Bu halda hesablanmış verginin məbləği 509.1-ci sətirdə avtomatik olaraq əks olunur.
Əmlak vergisinin bəyannaməsində vergi məcəlləsinin 199-cu maddəsinə əsasən Vergidən azadolma üzrə sətirləri doldurulduqda isə bəyannamənin vergidən azad olunan əmlakın dəyəri haqqında məlumata aid əlavə bölməsinin müvafiq sətirləri də doldurulur.
Müəssisə hesabat ilində ləğv edildikdə bəyannamənin Hesabat ilinin əvvəlinə və müəssisənin ləğv olunma tarixinə hissələri doldurulur.
Eyni zamanda ümumi məlumat bölməsində bəyannamənin növü sətrində ləğv olma seçilməli və müəssisənin ləğv olunma tarixi qeyd edilməlidir.
Müəssisə hesabat ilində ləğv edildikdə Müəssisənin ləğv olunma tarixinə hissəsinin 502.1-ci sətrində Vergiyə cəlb olunan məbləğin qalıq dəyəri , 502.1.1-ci sətrində Qeyri-kommersiya fəaliyyətində istifadə olunan əmlakın qalıq dəyəri, 502.2-ci sətrində isə Vergidən azad olunan əmlakın qalıq dəyəri manatla qeyd olunur.
502.1-ci və 502.2-ci sətirlərdə qeyd edilən məbləğlərin cəmi 502-ci sətirdə avtomatik olaraq əks etdirilir.
Eyni zamanda 508-ci ilin əvvəlinə müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayı sətrində müəssisənin ilin əvvəlindən ləğv olunduğu aya qədər olan ayların sayı əks etdirilir. Bu halda hesablanmış verginin məbləği 509.3-cü sətirdə avtomatik olaraq əks olunur.
Əmlak vergisinin bəyannaməsində vergi məcəlləsinin 199-cu maddəsinə əsasən vergidən azadolma üzrə sətirləri dolduruğu halda isə bəyannamənin vergidən azad olunan məbləğin əmlakın dəyəri haqqında məlumata aid əlavə bölməsinin müvafiq sətirləri də doldurulur.
Müəssisə hesabat ilində yaradıldıqda müəssisənin yaranma tarixinə və hesabat ilinin sonuna hissələri doldurulur.
Müəssisə hesabat ilində yaradıldıqda müəssisənin yaranma tarixi hissəsinin 503.1-ci sətrində vergiyə cəlb olunan əmlakın dəyəri , 503.1.1-ci sətrində Qeyri-kommersiya fəaliyyətində istifadə olunan əmlakın qalıq dəyəri , 503.2-ci sətrində isə Vergidən azad olunan əmlakın qalıq dəyəri manatla qeyd olunur.
503.1-ci və 503.2-ci sətirlərdə qeyd edilən məbləğlərin cəmi 503-cü sətirdə avtomatik olaraq əks etdirilir.
Eyni zamanda 507-ci Müəssisə yaradıldığı aydan sonra ilin sonuna qədər olan sayların sayı sətrində müəssisənin yarandığı aydan sonra ilin sonuna qədər olan ayların sayı əks etdirilir. Bu halda hesablanmış verginin məbləği 509.2-ci sətirdə avtomatik olaraq əks olunur.
Əmlak vergisinin bəyannaməsində vergi məcəlləsinin 199-cu maddəsinə əsasən vergidən azadolma üzrə sətirləri doldurulduğu halda isə bəyannamənin vergidən azadolunan əmlanın dəyəri haqqında məlumata aid əlavə bölməsinin müvafiq sətirləri də doldurulur.
Əmlak qalıq dəyərindən artıq sığortalandığı halda 505-ci sətirdə müvafiq olaraq , əmlakın qalıq dəyərindən artıq qiymətlə sığortalandığı qiyməti əks etdirilir.
Bəyannamə tərtib edildikdən sonra Fayl menyusunda qeyd et düyməsi sıxılmaqla bəyannamə qeyd edilir. Daha sonra paketlə menyusundan paketlə düyməsi sıxılır açılan pəncərədə ən son hazırlanan bəyannamələr siyahısından hazırlanaraq paketlənməli olan bəyannamə seçilir və bəyannaməni paketə əlavə et düyməsini sıxmaqla paketə əlavə edilir. Paket faylın adı sətrində hazırlanmış paketə ad verilərək paketlə düyməsi sıxılır və paket faylı yaradılır.
Bundan sonra istifadəçi https://www.e-taxes.gov.az/ internet səhifəsinə daxil olaraq səhifənin sol yuxarı tərəfində yerləşən Giriş düyməsini seçir. Açılan pəncərədə vergi ödəyicisinə məxsus istifadəçi kodu , parol və şifrə daxil edilir və bölmə sətrində e-bəyannamə seçilərək daxil ol düyməsi sıxılmaqla sistemə daxil olunur.
Burada e-bəyannamə menyusundan paket göndər düyməsi sıxılır. Açılan pəncərədə göndəriləcək paketi seçin sətrindən Browse düyməsini sıxmaqla növbəti pəncərədə C diskindən Ebyn qovluğuna daxil olaraq paketlər qovluğunun içərisindəki hazırlanmış paket seçilir. Daha sonra göndər düyməsi sıxılır.
Növbəti açılan pəncərədə paketin müvəffəqiyyətlə yüklənməsi haqqında müvafiq mesaj çıxır. Bu mesaj oxunduqdan sonra göndərilən bəyannamələrin sistem tərəfindən yoxlanılması üçün yoxla düyməsi sıxılır.
Yoxlama uğurla başa çatarsa açılan pəncərinin bəyannamə seç hissəsində təsdiqlənəcək bəyannamə işarə edilərək təsdiqlə düyməsi seçilir.
Bu zaman açılan pəncərədə Seçdiyiniz bəyannamələri təsdiqləmək istəyirsinizmi məzmununda sualına OK düyməsinə vurmaqla təsdiqləmə əməliyyatı başa çatmış olacaq və bəyannamənin qəbul olunaraq təsdiqləndiyi barədə müvafiq təsdiq mesajı və bildiriş önə çıxacaqdır.
Vergi ödəyicisi təsdiq mesajını aldıqdan sonra bildirişin üzərinə sıxmaqla təqdim etdiyi bəyannamənin bildirişinə baxa , kompüterinin yaddaşına saxlaya və ya çap edə bilər.
Təsdiqdən sonra təsdiqlənən bəyannamə şəxsi hesab vərəqəsinə yazılır.
Əlavə olaraq bildiririk ki,vergi ödəyicisi tərəfindən yuxarıda qeyd olunan qaydada tərtib olunan bəyannamə kağız formatında da vergi orqanına təqdim edilə bilər.
Bəyannamənin tərtibi və göndərilməsi zamanı qarşılaşdığınız sual və problemlərlə 195 nömrəsinə zəng etməklə 1 düyməsini seçərək vergilər nazirliyinin telefon məlumat xidmətinə müraciət edə bilərsiniz.
Sual və Cavab
501.1-ci sətrdə hansı məlumatlar qeyd olunur?
Vergiyə cəlb olunan əmlakın qalıq dəyəri.
501.1.1-ci sətrdə hansı əmlak növünün qalıq dəyəri əks olunur?
Qeyri-kommersiya fəaliyyətində istifadə olunan əmlakın qalıq dəyəri.
501.2-ci sətrdə hansı məlumatlar qeyd olunur?
Vergidən azad olunan əmlakın qalıq dəyəri.
501.1 və 501.2-ci sətrlərin məbləğlərinin cəmi hansı sətirdə avtomatik əks olunur?
501-ci sətirdə.
504.1-ci sətrdə hansı məlumatlar qeyd olunur?
Vergiyə cəlb olunan əmlakın qalıq dəyəri.
504.1.1-ci sətrdə hansı məlumatlar qeyd olunur?
Qeyri-kommersiya fəaliyyətində istifadə olunan əmlakın qalıq dəyəri.
504.2-ci sətrdə hansı məlumatlar qeyd olunur?
Vergidən azad olunan əmlakın qalıq dəyəri.
504.1 və 504.2-ci sətrlərin məbləğlərinin cəmi hansı sətirdə avtomatik əks olunur?
504-cü sətirdə.
Hesablanmış verginin məbləği hansı sətirdə avtomatik əks olunur?
509.1-ci sətirdə.
Vergidən azad olunan əmlakın dəyəri haqqında məlumat bəyannamənin hansı bölməsində qeyd olunur?
Əlavə bölmədə.
Müəssisə ləğv edildikdə bəyannamənin hansı hissələri doldurulmalıdır?
Hesabat ilinin əvvəlinə və müəssisənin ləğv olunma tarixinə hissələri.
Müəssisə ləğv edildikdə bəyannamənin növü hansı formada seçilməlidir?
Ləğv olunma seçilməlidir.
502.1-ci sətrdə hansı məlumatlar qeyd olunur?
Vergiyə cəlb olunan əmlakın qalıq dəyəri.
502.1.1-ci sətrdə hansı məlumatlar qeyd olunur?
Qeyri-kommersiya fəaliyyətində istifadə olunan əmlakın qalıq dəyəri.
502.2-ci sətrdə hansı məlumatlar qeyd olunur?
Vergidən azad olunan əmlakın qalıq dəyəri.
502.1 və 502.2-ci sətrlərin məbləğlərinin cəmi hansı sətirdə əks olunur?
502-ci sətirdə.
508-ci sətirdə hansı məlumat qeyd olunur?
Müəssisənin ilin əvvəlindən ləğv olunduğu aya qədər olan ayların sayı.
509.3-cü sətirdə hansı məlumat əks olunur?
Hesablanmış verginin məbləği.
Müəssisə hesabat ilində yaradıldıqda hansı hissələr doldurulmalıdır?
Müəssisənin yaranma tarixinə və hesabat ilinin sonuna hissələri.
503.1-ci sətrdə hansı məlumatlar qeyd olunur?
Vergiyə cəlb olunan əmlakın dəyəri.
503.1.1-ci sətrdə hansı məlumatlar qeyd olunur?
Qeyri-kommersiya fəaliyyətində istifadə olunan əmlakın qalıq dəyəri.
503.2-ci sətrdə hansı məlumatlar qeyd olunur?
Vergidən azad olunan əmlakın qalıq dəyəri.
503.1 və 503.2-ci sətrlərin məbləğlərinin cəmi hansı sətirdə avtomatik əks olunur?
503-cü sətirdə.
507-ci sətirdə hansı məlumatlar qeyd olunur?
Müəssisənin yarandığı aydan sonra ilin sonuna qədər olan ayların sayı.
509.2-ci sətirdə hansı məlumat əks olunur?
Hesablanmış verginin məbləği.
Vergidən azadolma üzrə sətirlər doldurulduqda hansı bölmə də doldurulmalıdır?
Vergidən azad olunan əmlakın dəyəri haqqında əlavə bölmə.
505-ci sətirdə hansı məlumatlar qeyd olunur?
Əmlakın qalıq dəyərindən artıq qiymətlə sığortalandığı məbləğ.
Müəssisə tam fəaliyyət göstərdiyi halda bəyannamənin hansı hissələri doldurulmalıdır?
Hesabat ilinin əvvəlinə və hesabat ilinin sonuna hissələri.
Bəyannamənin ümumi məlumat bölməsində hansı əsas informasiya qeyd olunur?
Bəyannamənin növü və müəssisənin fəaliyyət vəziyyəti.
Əmlak vergisi bəyannaməsinin əsas məqsədi nədir?
Vergiyə cəlb olunan əmlakın dəyərinin və ona uyğun hesablanmış vergilərin hesabatının aparılması.