Hər hansı bir maddi və ya qeyri-maddi elementin aktiv sayılması üçün , müəssisənin aktivi sayıla bilməsi üçün onun 3 şərtə əməl etməsi lazımdır
1. Keçmiş dövrdə formalaşmalıdır və eyni zamanda həmin o formalaşma prosesi sübut oluna bilməlidir.
2. Müəssisənin tam olaraq nəzarətində olmalıdır.
3. Gələcək dövrdə fayda əldə etmək məqsədi daşımalıdır və ondan fayda əldə edilməlidir gələcək dövrlərdə
Bu nöqteyi nəzərdən biz hesablar planımıza baxdığımız zaman görürük ki, aktivlərimiz uzumüddətli və qısa müddətli aktivlər olaraq 2-yə bölünür.
Sıralamaya baxdığımız zaman,liqvidlik prinsipinə əməl edildiyini görürük. Liqvidlik səviyyəsi aşağı olan uzunmüddətli aktivlərdən başlanmışdı və likvidlik səviyyəsi çox yüksək olan maddələrlə bitməkdədir ki, qısamüddətli aktivlərimiz də onu özündə ehtiva edir.
Likvidlik dərəcəsi deyiləndə, ümumiyyətlə likvidlik qısacası hər hansı bir aktivin pula çevrilə bilmə qabiliyyətindən gedir. Bu nöqteyi nəzərdən biz hesablar planında görürük ki, hesablar planı bölmələrə , bölmələr maddələrə və maddələr də hesablara ayrılmaqdadır.
Belə ki, bölmələr maliyyə hesabat formalarının tərkib hissələrini özündə ehtiva etməkdədir. Ondan sonra gəlir maddələr, maddələrin tərkib hissələri olan hesablar öz əksini tapmaqdadır.
Misal olaraq kassa hesabına baxsaq, kassa hesabımızın nömrəsi 221-dir.
Birinci rəqəmi bölməni ifadə edir, yəni ki, qısa müddətli aktivləri ehtiva edir.
İlk iki rəqəmə baxsaq onun aid olduğu maddəyə yəni pul vəsaitləri və ekvavalentləri maddəsinə daxil olan bir hesab olduğu görünməkdədir.
I bölmə dediyimiz kimi uzunmüddətli aktivlər yer tutmaqdadır.
1. Maddə 10- Qeyri-Maddi Aktivlər (101,102,103)
Maddə 10-da qeyri maddi aktivlər başlamaqdadır. Bu müəssisənin elə aktivləridir ki,hər hansı maddi bir xüsusiyyəti olmayan lakin gələcəkdə müəssisəyə fayda gətirən qeyri-maddi elementlərdir, qeyri-maddi aktivlərdir.
Bunlara misal olaraq biz patenti,lisenziyanı,müəlliflik hüququnu , qudvili və s. qeyd edə bilərik. Belə ki 101 saylı hesabda qeyri-maddi aktivin dəyəri qeyd olunur.102 saylı hesabda həmin qeyri-maddi aktivin yığılan amortizayası qeyd olunur. Qeyd etmək lazımdır ki, qeyri-maddi aktivlərin amortoziyası elə ingiliscə də, amortozisaion kimi qeyd edilir.
103-də ki, qeyri-maddi aktivlərin formalaşmasında çəkilmiş məsrəflər nəzərə alınmaqdadır.
2. Maddə 11(111,112,113)
Maddə 11-də Torpaq tikili avadanlıqlar öz əksini tapmaqdadır.
111 saylı hesabda həmin elementlərin dəyəri qeyd olunur, 112 saylı hesabda onlarla bağlı yığılan amortizasiya hesabı qeyd olunur. Uzunmüddətli aktivlərin amortiyazası ingiliscədə deprecation kimi qeyd olunur.
113 saylı hesabda kı Torpaq Tikili Avadanlıqların kapitallaşması hesabıdır ki, qeyd etmək lazımdır ki, bu hesabda qeyd olunan məsrəflər amortizasiyaya tabe tutulmaqdadır, necə ki 103 saylı hesab da həmçinin.
102 və 112 saylı hesablar əks aktiv hesablardır.
3. Maddə 12 – İnvestisiya Mülkiyyəti (121,122,123)
Burda da 121 saylı saylı hesabda bunların dəyəri qeyd olunub. 122 saylı hesabda amortizasiya , 123 saylı hesabda yenə də məsrəflərin kapitallaşması öz əksini tapır.
4. Maddə - 13 Bioloji aktivlər (131,132)
Maddə 13-də bioloji aktivlər öz yerini tutur.Müəssisələr var ki, heyvandırla və ya bitkiçiliklə məşğul olur. Onlar da öz bioloji aktivlərini 131 saylı hesabda dəyəri ilə qeydiyyatını aparır, 132 saylı hesabda da onların tədricən həm qiymətdən düşmə , həmdə ki əgər amortizasayalar hesablıyıblarsa yığılan amortizasiya hesabı olaraq da istifadə etməkdədir.
5. Maddə 14 - Təbii sərvətlər (141,142)
Tükənmə hesabı olaraq burda əks aktiv hesabıdır. Tükənmə hesabı olaraq da 142 saylı hesab da öz əksini tapır ki, burada ingiliscədən depletion kimi ifadə edilməkdədir.
6. Maddə 15 – İştirak payı üzrə investisiyalar (151,152,153)
Müəssisənin digər müəssisələr uzunmüddətli investesiya qoyuluşları olur. Belə ki 151 saylı hesabda aslı müəssisələrə qoyulmuş iştirak paylarından söhbət gedir. 20%-dən 49%-ə qədər olan bir hissədən söhbət gedir.
152 saylı hesabda isə artıq deməli birləşmiş müəssisələr qoyulmuş investisiyalardan söhbət gedir ki,bunlar da təxmini 50%-dən yuxarı olan hissəni özündə əks etdirir.
153 saylı hesabda isə bu investisiyaların dəyərdən düşmə məbləğlərini biz nəzərə alırıq.
7. Maddə 16 – Təxirə salınmış vergi aktivləri (161,162)
161 saylı hesabda mənfəət vergisi ilə bağlı olan hesabdır.
162 saylı hesabda isə digər təxirə salınmış vergi aktivlərimiz nəzərdə tutulub.
8. Maddə 17- Uzunmüddətli debitor borclar (171 və s.)
171 saylı hesabda alıcı və sifarişçilərin müəssisəyə olan uzunmüddətl borcları öz əksini tapmaqdadır.
9. Maddə 18 – Sair Uzunmüddətli Maliyyə aktivləri (182 və s.)
182-ci hesabda uzunmüddətli verilmiş borclar öz əksini tapmaqdadır.
10. Maddə 19- Sair Uzunmüddətli aktivlər (191,192 və s.)
191 saylı hesabda gələcək dövrün uzunmüddətli xərcləri
192 saylı hesabda da uzunmüddətli verilən avanslar öz əksini tapmaqdadır
Uzunmüddətli aktivlərlə bitdikdən sonra 2-ci bölmə qısamüddətli aktivlər bölməsidir.
1. Maddə 20 Ehtiyatlar (201,202,204,205,208 və s.)
Belə ki 20-ci maddə də Ehtiyatlarla bağlı hesablar öz əksini tapır.
201saylı hesab ehtiyatlar hesabıdır.
202 saylı hesab istehsalat məsrəfləri ilə bağlı hesabdır ki, buna bəzən yarımfabrikat hesabı da deyilir.
204 saylı hesab istehsalat məhsullarının istehsalat prosesinin hazır məhsulunu göstərən hesabdır.
205 saylı hesab da sırf satış və ticarət əməliyyatları ilə bağlı olan, mallarla bağlı hesabımızdır.
2. Maddə 21 Debitor borcları – (211,217, 218 və s.)
211 saylı hesab alıcı və sifarişçilərin müəssisəyə olan qısamüddətli debitor borcları əks olunur.
218 saylı hesab deməli şübhəli borcları düzəliş hesabıdır ki , düzəliş hesabıdır ki,bu da əks aktiv hesabdır öz növbəsində. 218 saylı hesabda onlar öz əksini tapır
3. Maddə 22 – Pul vəsaitləri və ekvivalentləri (221-225)
221 saylı kassa hesabı
223 saylı bank hesabı
224 saylı depozit hesabı
225 saylı ekvivalentlər hesabı öz əksini tapıb
Ekvivalent dedikdə pul nəzərdə tutulmur sadəcə 3 aya qədər qısamüddətdə və dəyər itirməmək şansı olan qiymətli kağızlar olsun və yaxud depozitlər olsun nəzərdə tutulmaqdadır.
4. Maddə 23- Sair qısa müddətli maliyyə aktivləri (233 və s.)
233 Verilən qısa müddətli borcları bura aid etmək olar
5. Maddə 24 Sair qısa müddətli aktivlər
241 saylı hesabımız əvəzləşdirilən vergilər
242 saylı hesabda gələcək dövrün qısamüddətli xərcləri
243 saylı hesab verilmiş qısamüddətli avanslar hesabıdır
244-də təhtəlhesablı şəxs olan hesabımızdır.