Belə ki öhdəlikləri ödədikdən sonra geriyə qalan aktivlərin dəyərinə Kapital deyilir. Bu səbəbdəndir ki, kapitalın digər adı xalis aktivlərdi.
1. Maddə 30 – ödənilmiş nizamnamə kapitalı
2 hesabdan ibarətdir.
a) 301 Nizamnamə Kapitalı
Təsisçilər sərmayə qoyuluşu həyata keçirərkən biz bu hesab vasitəsilə bu prosesi rəsmiləşdiririk.
b) 302 Nizamnamə Kapitalının ödənilməmiş hissəsi
Bu hesab əks passiv hesabdır.
2. Maddə 31- Emissiya gəliri
a) Adi səhmlər üzrə
b) İmtiyazlı səhmlər üzrə
Cəmi bir hesabdan ibarətdir 311 saylı hesab. Bu hesab emissiya gəliridir. Emissiya gəliri həm adi səhmlər üzrə həm də imtiyazlı səhmlər üzrə formalaşmaqdadır, amma imtiyazlı səhmlər deyiləndə geri ödənilməyən imtiyazlı səhmlərdən söhbət gedir. Çünkü geri ödənilən imtiyazlı səhmlər öhdəliklər bölümündə öz əksini tapır və faiz xərci olaraq da Mənfəət və Zərər haqqında hesaabatda öz əksini tapır.
3. Maddə 32- Geri alınmış kapital
321 Geri alnmış kapital hesabında təsisçilər kapitalın geri çəkərkən biz həmin prosesi rəsmiləşdiririk.
4. Maddə 33- Kapital ehtiyatları
a) 331 Yenidən qiymətləndirmə üzrə ehtiyatlardır
b) 332 Məzənnə fərqləri üzrə ehtiyatlardır
Burada xüsusən qeyd etməliyik ki, məzənnə fərqləri deyiləndə qeyri-monitar maddələr üzrə məzənnə fərqlərindən söhbət gedir. Çünkü monitar maddələr üzrə məzənnə fərqləri mənfəət və zərər haqqında hesabatda öz əksini tapmaqdadır. Yəni ki, həm zərəri həmdə ki gəliri o formada mənfəət və zərər haqqında hesabatda göstərməkdədir. Yalnız qeyri-monitar maddələr üzrə olan məzənnə fərqləri kapital hesabı olaraq qarşımıza çıxmaqdadır.
c) 334 Nizamnamə üzrə olan ehtiyatlardır
d) 333 Qanunvericilik üzrə olan ehtiyatlardır ki,bu qanunvericiliklə tənzimlənən ehtiyatlardan söhbət gedir, belə ki banklar , sığorta müəssisələri , sığorta xidmətləri təqdim edən müəssisələr qanunvericiyilin tələbləri olaraq müəyyən bir ehtiyatı saxlamalıdırlar
335 saylı hesab da digər ehtiyatlar hesabıdır.
5. Maddə 34- Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)
a) 341 Hesabat dövründə xalis mənfəət (zərər) hesabıdır
b) 343 Keçmiş illər üzrə Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) hesabıdır
c) 344 Elan edilmiş dividendlər hesabıdır.
Bu hesab müvəqqəti hesablarımızdandır, bu hesabat dövrünün sonunda bölüşdürülməmiş mənfəət hesabına bağlanmaqdadır və öz əksini maliyyə vəziyyəti haqqında hesabatda tapmamaqdadır.
Ümumiyyətlə dividendlər 2 formada müəssisədə alınır inter dividen və final divident
İnter divident hesabat dövrünün içində ortasında alınan dividentdir
Final dividentlər isə hesabat dövrünün sonunda elan edilmiş dividentlərdir.