Mühasiblərin ən əsas vəzifəsi maliyə hesabat formalarını hazırlayaraq onları maraqlı olan şəxslərə təqdim etməkdən ibarətdir. Həmin hesabat formalarını hazırlama prosesini asanlaşdırmaq üçün hər bir ölkə öz iqtisadiyyatının xüsusiyyətlərinə görə bir hesablar planı tərtib edir və təsdiq etməkdədir ki, Azərbaycan respublikasında da Maliyyə Nazirliyinin 30 aprel 2017-ci il tarixli müvafiq qərarına uyğun olaraq beynəlxalq və milli standartlara uyğun olan hesablar planı təsdiq edilmişdir. Hesablar planına baxdığımız zaman biz maliyyə bərabərliyinin elementlərini orda açıq-aydın görürük. Həmin maliyyə bərabərliyinə daxil olan elementlərin tərkib hissələri olan hesabların müəyyən bir sistematik şəkildə kodlaşdırılmış və şifrələnmiş şəkildə öz əksini tapdığını görürük. Belə ki,maliyyə bərabərliyi deyəndə biz aktivlər=kapital+öhdəliklər+gəlirlər-xərclər nəzərdə tuturuq. Maliyyə hesabatları hazırlayarkən biz bu elementlərdən istifadə edirik və bunlar hesabatların tərkib hissələridir.
Maliyyə vəziyyəti haqqında hesabat hazırlayarkən Aktiv, Kapital və Öhdəliklə bağlı olan hesablar bu hesabatın formalaşmasında öz əksini tapır.
Mənfəət və zərər haqqında hesabatı hazırlayanda Gəlirlər və Xərclərlə bağlı olan hesablar istifadə edilməkdədir.
Kapital dəyişikliyi haqqında hesabat hazırlayanda burda Kapital hesabları, Gəlirlər və Xərclərlə bağlı olan hesablar müəyyən bir formada qruplaşdıralaraq bu hesabatı təşkil etməkdədir.Bununla yanaşı yeni hesablar planında aktivlər özlüyündə 2 hissəyə bölünür
Uzunmüddətli Aktivlər 100-lü hesablarda öz əksini tapır, 100-lə başlayan hesablar uzunmüddətli aktivlərdir.
200-lə Başlayan aktivlərimiz qısamüddətli aktivlərimizdir.
300-lə başlayan hesablar Kapitalla bağlı hesablarımızdır.
400-lə başlayan hesablar uzunmüddətli öhdəliklər hesablarımızdır.
500-lə başlayan hesablar qısamüddətli öhdəliklərimizdir
600-la bağlı olan hesablar gəlirlərlə bağlı olan hesablarımızdır
700-lə bağlı hesablar xərclərimizi təmsil etməkdədir
800-lə bağlı ümumi mənfəət
900-lə bağlı mənfəət vergisi
Hesablar planı bizim ölkəmizdə həm kommersiya , qeyri-dövlət , qeyri-büdcə təşkilatları üçün ayrı formada təqdim olunur ki, bunlar sırf bu müəssisələr üçün olan hesablar planıdır
Qeyri-kommersiya dövlət və büdcə təşkilatlarında isə müəyyən bir dəyişiklər var. Belə ki, qısa müddətli aktivlərlə uzunmüddətli aktivlər yer dəyişir. Yəni qısamüddətli aktivlər 100 hesabı olur, uzunmüddətli aktivlər 200 hesabı olacaqdır. Kapitalla bağlı hesab 300-dən 500-ci sıraya keçir, öhdəliklərə gəldikdə burda da yerdəyişmə olacaq. 300-lü hesablar qısamüddətli öhdəliklər olacaq, 400-lü hesablar uzunmüddətli öhdəliklər olacaqdır.