Alqı-satqı prosesinin ilk mərhələsi alqı-satqı müqaviləsinin imzalanmasıdır.Bildiyimiz kimi satışın bütün şərtləri və ödənişin bütün şərtləri hamsı alqı satqı müqaviləsində qeyd olunur.Ümumiyyətlə həm beynəlxalq mühasibat standartlarında həm yerli qanunvericiliyə uyğun olaraq alqı-satqı prosesinin baş verməsinin əsas şərtlərindən biri malların malların tam təhvil prosesisin baş verməsi və eyni zamanda malın bütün risk və mükafatlarını qarşı tərəfə ötürülməsi ilə bağlı bütün öhdəliklərin təhvil-təslimidir.
Alqı-satqı müqaviləsi ilə Konsiqnasiya müqavəlisini ilk növbədə fərqləndirməmiz lazımdır. Konsiqnasiya müqaviləsi mülkü məcəllədə istifadə olunan bir anlayışdır,həmin müqavilənin forması və tərkibi haqqında orada məlumatlar verilmişdir. Konsiqnasiya sözünün mənası malların saxlanca verilməsi mənasını verir. Yəni biri var artıq alqı-satqı prosesi baş veribdir, malların bütün risk və mükafatları qarşı tərəfə ötürülüb. Konsiqnasiya prosesində isə malların risk və mükafatları qarşı tərəfə ötürülməz, mal sadəcə satmaq üçün qarşı tərəfə təhvil verilər. Buna bəzən biz ticarət prosesində malların depozitə qoyulması deyirik və ya malların vitrinə qoyulub satılması. Yəni mallar alıcıya sadəcə saxlanca verilir,həmin alqı-satqı prosesi baş verdikdən sonra , qarşı tərəf malı satdıqdan sonra bizə məlumat verir və bundan sonra biz qarşı tərəfə artıq satış prosesi ilə bağlı Elektron qaimə faktura göndəririk.
Əgər biz təsəvvür eləsək ki, malları sadəcə biz saxlanca vermişik,satış prosesi baş verməyib o zaman malları təhvil qəbul aktı ilə onu rəsmiləşdirə bilərik. Mal təhvil qəbul aktı ilə qarşı tərəfə təhvil verilir, əgər Konsiqnasiya müqaviləsi əsasındadırsa qarşı tərəf bizə artıq malların satışı haqqında məlumat verdikdə, o barədə informasiyadan sonra biz qarşı tərəfə elektron qaimə vergi faktura göndərə bilərik.
Əgər biz Konsiqnasiya müqaviləsi əsasında deyil,sadəcə alqı-satqı müqaviləsi əsasında satış həyata keçirmişiksə malın təhvil qəbul aktından sonra dərhal elektron qaimə fakturanı da göndərməmiz lazımdır. Qeyd edək ki, bəzi ticarətçilər bununla bağlı müəyyən yanlışlıqlara yol verirlər, ona görə də mütləq burada diqqət etmək lazımdır ki,əgər biz saxlanca vermişiksə malları o zaman mütləq Konsiqnasiya müqaviləsini imzalamamız lazımdır.
Bildiyimiz kimi artıq müəyən alqı-satqı prosesindən sonra müqaviləyə əsasən,əgər öhdəlik götürübsə ki satıcı mallarda müəyyən zay olma baş versə itmə baş versə , tarixi keçdikdən sonra qaytarma baş vermə öhdəliyi varsa o zaman biz həmin malların geri qaytarılmasını da həyata keçirməmiz lazımdır.
Malların geri qaytarılması Forma 1 Malların geri qaytarılması aktı ilə tənzimlənir. Hansı mallar siyahı üzrə geri qaytarılıbsa onların adları, miqdarı, qiyməti və məbləği aktda görsədilir.Bu akt vasitəsilə artıq malların geri qaytarılması rəsmiləşdilir.
Qeyd edək ki, əgər mallar geri qayıdarsa təbii ki, biz bunu hesabatda yəni bəyannamədədə göstərməmiz lazımdır. Yəni malların geri qaytarılması zamanı biz onu azalan dövriyyəyə müvafiq qeydlərimizi aparmalıyıq, yəni ƏDV ödəyiciksə aylıq ƏDV bəyannaməsində bu mütləq görsənməlidir.
Əgər satıcı öhdəlik götürübsə müəyyən mallarda xarabolma var, zayolma var və s. Bu halda da müəyyən qüsur aktı da imzalana bilər. Qeyd edək ki, bizim ciddi hesabat blanklarımızın içərisində Forma №IƏM-1 belə bir forma var , itmiş ,əskik gəlmiş , zay olmuş və oğurlanmış mallar barəsində akt imzalana bilər. Bu bizim bildiyimiz qüsur aktı formasıdır. Bu akt vasitəsilə malın orada geri qaytarılmasının səbəbi açıqlanır ki, mal hansı səbəbdən yəni zay olubsa bu səbəbdən geri qaytarılır və müvafiq qeyd edilkdikdən sonra bu akt vasitəsilə həmin proses rəsmiləşdirilir.