Bu günkü mövzumuz əsas vəsaitlərin mahiyyəti və təsnifatı olacaqdır.Müəssisə də maddi-texniki baza kimi ən vacib aktivlərdən biri əsas vəsaitlərdir.Bildiyimiz kimi Beynəlxalq mühasibat uçotu standartlarına əsasən, aktivlər ilk növbədə uzunmüddətli aktivlərə və qısa müddətli aktivlərə bölünür.
Uzun müddətli aktivlər özü də , uzunmüddətli maddi aktivlərə və uzun müddətli qeyri maddi aktivlərə bölünür.
Bildiyimiz kimi əvvəlki ədəbiyyatlarda vəsait kimi olan anlayış,artıq uzunmüddətli maddi aktivlərin tərkibindədir. Uzunmüddətli maddi aktivləri biz 5 yerə bölürük
1. Uzunmüddətli aktivlərin ilk anlayışı torpaqla başlayır
Torpaq elə bir aktivdir ki,digər aktivlərdən fərlqi olaraq böyük təbii resursdur ki, o amortizasiya olunmur.
Yəni ilkin olaraq biz onu alışı zamanı,ilkin dəyərlə balansa alırıq və yalnız xüsusi hallar istisna olmasa, sona qədər torpağın dəyəri balansda eyni dəyərdə qalacaqdır.
2. Növbəti bizim əsas bizim əsas vəsatimiz tikili və avadanlıqlardır, hansı ki bu müəssisənin əsas maddi-texniki bazasını təşkil edir.Bildiyimiz kimi tikili və avadınlıqlar elə bir aktivlərdir ki, onlar köhnəlməyə uğrayır.Yəni müddət keçdikcə aşınır və istehsal tarixindən ömür müddətinin sonuna qədər biz bunlara amortizasiya hesablamalıyıq.
3. Növbəti uzunmüddətli aktivimiz əsas vəsait olan təbii resurlardır.Bildiyimiz kimi təbii resurslar,digər aktivlərdən fərqli olaraq,xüsusən tikili və avadanlıqlardan fərqli olaraq, bunlarda tükənmə baş verir. Tükənmə dediyimiz, məsələn əvvala təbii resursların tərkibinə daxil olan maddələr nələrdir ?
Neft yatağı, qaz yatağı, daş yatağı və s.
Yerin altından çıxan xüsusi resurslardır ki, eyni zamanda buna müəyyən bir mineral resurlar da daxil ola bilər.Meşə resursları da daxil ola bilər.
Təbii olaraq təbii resurslarda tükənmə baş verir.Yəni yataqda olan resursun həcmi , miqdarı qiymətləndirilir və onlar istifadə olunduqca tükənərək bu şəkildə amortizasiya edilir. Yəni tikili avadanlıqlar kimi biz təbii resursları da amortizasiya etməliyik.
4. Növbəti bizim uzunmüddətli aktivimiz bioloji aktivlərdir.Bioloji aktivlər hansı ki biz buna əvvəlki uçotda işçi atları heyvanlar kimi baxırdıqsa,burada bioloji aktivlərə əsasən 2 dənə maddə aiddir: Bitkilər və Heyvanlar.
Amma qeyd edək ki, burada bitkilərin bütün növləri deyil , yalnız uzunmüddətli dövr üçün istifadə olunan bitkilər aid ola bilər. Məsələn ağaclar,alma ağacı , qoz ağacı və s. Kənd təsərrüfatında istifadə olunan , meyvə vermək üçün uzunmüddətli istifadəyə yararlı olan ağaclar aiddir.
Bundan başqa kənd təsərrüfatında istifadə olunan heyvanlarında bütün növləri bura aid deyil. Yalnız damazlıq heyvanlar , işçi heyvanlar və işçi atlar bura aid ola bilər, hansı ki uzunmüddətli istifadəsi nəzərdə tutulubdur.
Bioloji aktivklər də əvvəlki digər 2 aktiv kimi amortizasiya olunur,həmin bitkinin və heyvanın ömür müddəti müəyyənləşir, həmin ömür müddətinə uyğun olaraq amortizasiya olunur.
Qeyd edək ki, bunların vergi məqsədləri üçün olan amortizasiya ilə maliyyə məqsədləri üçün olan amortizasiya fərqli şəkildə aparılacaq
5. Bizim növbəti uzunmüddətli aktivlərə aid olan digər uzunmüddətli aktivlərdi ki, hansı ki burada görünən digər 4 maddəyə aid olmayan uzunmüddətli aktivlər bunun tərkibinə aid olur.
Bura məsələn kitabxana fondu aid ola bilər, bundan başqa müəssisədə olan rəsm əsərləri və heykəllər ola bilər ki, onlar da uzunmüddətli istifadə üçün nəzərdə tutulubdur. Digərlərindən fərqli olaraq bu uzunmüddətli maddi aktiv növü də amortizasiya olunmur.Bunlar sadəcə ilkin dəyərlə balansda oturduqdan sonra tam istifadəyə yararsız olduğu halda,balansdan birdəfəlik silinirlər.
Ümumiyyətlə əsas vəsaitə yanaşma,vergi məqsədləri üçün əsas vəsaitə verilən təriflə beynəlxalq maliyyə standartlarına verilən tərif arasında fərq var.Belə ki beynəlxalq maliyyə standartlarına görə,əgər müəssisə uzunmüddətli aktivləri uzunmüddətli istifadə etmək yəni gələcəkdə istehsalat prosesində dəfələrlə iştirak edən və öz dəyərini hissə hissə məhsulun üzərinə keçirən, istifadə müddəti 1 ildən çox olan aktivlərə uzunmüddətli aktiv və ya əsas vəsait deyilir. Yaxud daha qısa tərif versək, istehsal və satış prosesində bir neçə əməliyyat tsiklində iştirak edən aktivlərə əsas vəsaitlər deyilir. Bundan başqa həmçinin əsas vəsaitlər qeyri-dövriyyə aktivləri kimi də adlandırılır.
Amma vergi məcəlləsində isə əsas vəsaitin qısa tərifi bundan ibarətdir ki,dəyəri 500 AZN üstü olan və öz dəyərini hissə-hissə istehsal olunan məhsulun üzərinə keçirən uzunmüddətli aktivlərə əsas vəsait deyilir. Yəni burada artıq limit müəyyənləşib,ya 500 AZN-dən yuxarı olmalıdır və eyni zamanda istifadə müddəti 1 ildən artıq olan aktivlər bu maddəyə aiddir.