Bildiyimiz kimi vergi yoxlamaları auditə gəlir. İstər daxili audit yoxlamaları apara bilər , istər kənar yoxlamalar apara bilər.Bu zaman biz həmin auditlərin qarşısına uyğun sistemli bir sənədləşmə prosesini onların qarşısına qoymalıyıq ki, onların da yoxlama prosesi ərzrində çətinlikləri az olsun.
Qeyd edək ki, təcrübədə biz adətən görürük ki, mühasiblər yoxlayıcının qarşısına sənədləri qalaq-qalaq ton-ton bu şəkildə qoyurlar və məsuliyyəti onların üzərinə qoyurlar ki, yoxlamanı özləri aparsın , özləri sistemləşdirsin. Amma bu gün ki mövzumuza diqqət yetirsək görərik ki, əgər sistemli şəkildə biz sənədləri uyğun hazılaya bilsək həm özümüz üçün həm də vergi auditləri üçün bir asanlıq formalaşdırmış olarıq.
Qeyd edək ki, biz bunu öz təcrübəmiz əsasında hazırlamışıq. Belə ki həm də qanunvericiliyin tələbinə uyğun olaraq , mühasibat uçotu qanunundakı tələblərə uyğun olaraq hansı hesablar əsas vergi yoxlamasına tabe tutulmalıdırsa onları ardıcıl şəkildə sizə göstərəcəyik. Əsasən 5 hesab yoxlamaya tabe tutulur.
1. Kassa hesabı
2. Bank hesabı
3. Təhtəlhesab
4. Debitor hesablar
5. Kreditor hesablar
Nə üçün məhz bu 5 hesab ?
Vergi üçün əsas maraqlı olan gəlir və xərc hesablarıdır. Çünkü vergi tutma məqsədləri üçün daha çox əhəmiyyəti olan bu hesablardır. Məhz bu hesablara da həm xərc həm gəlir, kassa bank təhtəl vasitəsilə həyata keçirilir. Əgər bunlar da olmasa ya debitor, ya da kreditorda aparılacaqdır.
Məsələn fərz edək ki bizim xərcimiz kassa vasitəsilə həyata keçirilib. Təbii ki bu kassa vasitəsilə həyata keçirilibsə , deməli bu zaman xərc sənədi kassa hesabının arxasına bərkidilməlidir. Ona görə də bu zaman xərc prosesini biz xəzinə hesabatında göstərməliyik.
Əgər baş verən xərc təhtəl vasitəsilə ödənilibsə deməli həmin xərc sənədi, deməli həmin xərc sənədi təhtəlhesab şəxsin arxasına bərkidilməlidir.
Əgər xərc bank vasitəsilə həyata keçirilibsə, o zaman bank hesabının yəni bank hesabatının arxasına bərkidilməlidir.
Təbii ki vergi auditini maraqlındıran digər məsələ gəlirlər məsələsidir. O zaman gəlirlə bağlı prosesi də nəzər yetirək. Biz beynəlxalq standartlara uyğun olaraq, baş verən müxabirləşmə nöqteyi nəzərən yanaşsaq, buradan görünür ki
a) Əgər gəlir bizim kassamıza daxil olubsa o zaman həmin gəlir sənədini, kassa sənədlərinə bərkitməliyik.
b) Əgər gəlir bizim təhtəlehsab şəxsə daxil olubsa, deməli həmin sənədi təhtəlhesab şəxsin arxasına bərkitməliyik.
c) Əgər gəlir bizim bank hesabımıza daxil olubsa, o zaman biz həmin sənədi bank sənədinin arxasına bərkitməliyik.
Bildiyimiz kimi əgər müəssisə hesablama metodunu tətbiq edərsə, bəzən gəlir hesablanıb amma nə banka nə də kassaya gəlməyib.
Və ya xərc hesablanıb, bu 3 hesabın heç birindən çıxmayıb o zaman biz onları təbii ki debitorlar və kreditorlar vasitəsilə rəsmiləşdiriciyik.
Məsələn hesab edək ki, müəssisənin dövr ərzində hər hansı bir kommunal xərci baş verib, amma ödəniş olmayıb.Bu zaman biz xərci kreditor borcu hesabında rəsmiləşdirməliyik və vergi orqanı mütləq burda kreditor hesabını yoxlamaqla bunu tapa biləcəkdir.
Ola bilsin ki biz gəlir hesablamışıq, yəni dövr ərzində mal və ya xidmət təqdim edilib amma bizə daxil olma olmayabdır. Sözsüz ki bu gəliri biz debitor borcu hesabında rəsmiləşdirəciyik.
Və beləliklə gördüyünüz kimi biz bu 5 hesabı və ya 5 sənədləşməni vergi auditinin qarşısına qoyarıqsa onun üçün də asanlıq olacaq və bizim üçün də asanlıq olacaq.
Burada qeyd olunanlar baş kitab şəklində də, əgər auditinin qarşısına qoyularsa, o gündəlik əməliyyatları rahat şəkildə görəcəkdir, sənədləri uyğun şəkildə yoxlaya biləcəkdir.