Əsas vəsaitlər elə bir aktivdir ki,onun müəssisəyə daxil olması ilə müəssisədən xaric olunma prosesi zamanı çox mühüm sənədləşmə işləri aparılmalıdır ki, bu müəssisədə ümumiyyətlə aktivlərin uçotu baxımından çox vacibdir.
Əgər biz əsas vəsaiti hər hansı bir vergi ödəyicisi olmayan bir şəxsdən alarıqsa, o zaman bu notarial qaydada həyata keçirilməlidir. Notarial qaydada müqavilə bağlanmalıdır alqı-satqı müqaviləsi və ardı ilə alış aktı imzalanmalıdır. Alış aktının nümunəsi:
Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin Kollegiyasının
“30” iyun 2017-ci il tarixli
Q-08 №li qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin Kollegiyasının
04 aprel 2016-cı il tarixli
Q-09 №li qərarına 58 nömrəli əlavə
Forma № MAA-1
______________________________________________________________________________________________________________________
(ciddi hesabat blanklarının sifarişçisi hüquqi şəxs olduqda onun adı və VÖEN-İ, fiziki şəxs olduqda adı, soyadı, a.a. və VÖEN-i)
MALLARIN ALIŞ AKTI
Seriya __________ nömrə____________
“____” _____________________ ________________ il
Kimdən _____________________________________________________________________________________________________
(satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, FİN kodu, )
Kimə________________________________________________________________________________________________________
(vəzifəsi, soyadı, adı, atasının adı)
Sıra№si Qiymətlilərin adı Ölçü
vahidi Miqdarı Vahidininqiyməti
(manatla)
Məbləği
(manatla) Sair qeydlər
1 2 3 4 5 6 7
YEKUNU:
__________________________________________________________________________________________ manat ________ qəp.
(yekun məbləğ yazı ilə)
Məbləğində qiymətliləri:
Təhvil verdim __________________________________________________________ ______________________
(soyadı, adı, atasının adı) (imza və tarix)
Təhvil aldım _____________________________________________________________ ______________________
(vəzifəsi, soyadı, adı, atasının adı) (imza və tarix)
_____________________________________________________________________________________________________________________
_
(Ciddi hesabat blanklarını çap edən şəxsin adı, VÖEN-i)
Qeyd: “Malların alış aktı” 2 nüsxədən ibarət olur
Elektron alış aktının tərtib edilməsi
6 Avqust 2020 15:54
Nazirlər Kabineti "Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları" və "Elektron alış aktı"nın formasını təsdiq edib.
Mövzunu şərh edən iqtisadçı ekspert Mahmud Abasquliyev bildirib ki, "Elektron alış aktı" vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir.
Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı isə mal alışının rəsmiləşdirilməsinə əsas vermir. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış "elektron alış aktı" altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir.
Elektron alış aktında aşağıdakı məlumatlar əks etdirilir:
elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi;
elektron alış aktının növü (cari/düzəliş/ləğv);
satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi;
vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN);
kağız daşıyıcıda tərtib edilmiş alış aktının seriyası, nömrəsi və tarixi;
sıra nömrəsi;
malın adı;
malın ölçü vahidi;
malın miqdarı;
malın vahidinin qiyməti (manatla);
malın məbləği (manatla);
yekun məbləğ (rəqəm və yazı ilə);
malın təqdim edildiyi ünvan.
Elektron alış aktı aşağıdakı qaydada doldurulur:
– "Növü" rekvizitində – elektron alış aktının növü kimi cari, düzəliş və ya ləğv olması;
– "Kimdən" sətrində – satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi;
– "Kimə" sətrində – vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN);
– "Kağız daşıyıcıda tərtib edilən alış aktının" sətrində – kağız daşıyıcıda tərtib edilən alış aktının seriyası, nömrəsi və tarixi;
– "Sıra nömrəsi" sütununda – alınmış malların adlarının ardıcıl nömrələri;
– "Malın adı" sütununda – malın adı;
– "Ölçü vahidi" sütununda – malın ölçü vahidi;
– "Miqdarı" sütununda – malın miqdarı;
– "Malın vahidinin qiyməti (manatla)" sütununda – malın müəyyən olunmuş ölçü vahidinin qiyməti;
– "Məbləği (manatla)" sütununda – malın ümumi dəyəri;
– "Yekun" sətrində – "Məbləği (manatla)" sütunundakı məbləğlərin cəmi;
– "Ünvanda" sətrində – malların təqdim edildiyi yerin ünvanı;
– "Təhvil verdim" sətrində – təhvilverən şəxsin soyadı, adı və atasının adı, imza və tarix;
– "Təhvil aldım" sətrində – təhvilalan şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, imza və tarix.
Elektron alış aktının seriyası, nömrəsi və verilmə tarixi proqram tərəfindən avtomatik yaradılır. Sənəddə məbləğ Azərbaycan Respublikasının pul vahidi – manatla göstərilir. Elektron alış aktının hazırlanaraq qeydə alındığı tarix həmin elektron alış aktının verilməsi tarixi sayılır. Aktın bütün xanalarının doldurulması zəruridir. Onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən "0" (sıfır) kimi qəbul edilir. Düzəliş elektron alış aktı tərtib edildiyi halda, elektron alış aktının "Növü" rekvizitində "Düzəliş" qeydi seçilməklə, düzəliş edilən elektron alış aktının seriyası, nömrəsi və düzəlişin səbəbi "Sair qeydlər" rekvizitində göstərilir.
Elektron alış aktı tərtib edilən zaman alınmış malların dəqiq adı qeyd edilmədən ümumiləşdirilmiş adlardan istifadə edilməsinə (məsələn, "mallar", "tikinti materialları" və digər bu kimi adlar) yol verilmir.
Qaydalara əsasən, vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvil-qəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır.
Əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir. Əməliyyatın qismən ləğv edilməsi, o cümlədən malların qismən geri qaytarılması halında elektron alış aktının "Xarakteri" rekvizitində "əməliyyatın qismən ləğvi" bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir.
"Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara (kağız daşıyıcıda tərtib edilmiş və vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanmış alış aktına) uyğun olmadığı halda, elektron alış aktının "Xarakteri" rekvizitində "ilkin uçot sənədləri üzrə səhv" bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Ləğv edilmiş və ya düzəliş edilmiş elektron alış aktı çap edilərək, vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən 5 (beş) gün müddətində imzalanır və vergi ödəyicisində saxlanılır.
Elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi – AVİS vasitəsilə həyata keçirilir. Elektron alış aktının seriyası və nömrəsi AVİS vasitəsilə verilir. Elektron alış aktının eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir.
Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Elektron alış aktı”nın forması təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında elektron alış aktının təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti elektron alış aktının tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlər görsün.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 7 iyul 2020-ci il
№ 243
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2024-cü il 20 noyabr tarixli 482 nömrəli Qərarı ilə
yeni redaksiyada verilmişdir.
1 nömrəli əlavə[1]
ELEKTRON ALIŞ AKTI
Seriyası ___________ nömrəsi ________________ Tarix “____” __________ il
Növü: Cari/düzəliş/ləğv. Düzəliş edilmiş elektron alış aktının xarakteri: əməliyyatın qismən ləğvi/ilkin uçot sənədləri üzrə səhv.
Ləğvin xarakteri: əməliyyatın tam ləğv edilməsi/eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi.
Kimdən_______________________________________________________________________
(satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi)
Kimə_________________________________________________________________________
(vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN))
Kağız daşıyıcıda tərtib edilən alış aktının tarixi _____________________________________
Ödəmə mənbəyində tutulan verginin məbləği ____________ manat __________ qəpik.
Yekun məbləğ: ________________________________________ manat __________ qəpik
(rəqəm və yazı ilə)
məbləğində malları _______________ünvanında (malların təqdim edildiyi yer)
təhvil verdim _________________________________
_________________
(soyadı, adı, atasının adı)
(imza və tarix)
Təhvil aldım _________________________________
_________________
(vəzifəsi, soyadı, adı, atasının adı)
(imza və tarix)
Qeyd: “Təhvil verdim” və “Təhvil aldım” bölmələri yalnız çap edilən zaman doldurulur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə
Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-2.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron alış aktının tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir.
1.2. Elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir.
1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir.
2. Elektron alış aktının tərtib edilməsi
2.1. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir.[2]
2.2. Elektron alış aktında aşağıdakı məlumatlar əks etdirilir:
2.2.1. elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi;
2.2.2. elektron alış aktının növü (cari/düzəliş/ləğv);
2.2.3. satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi;
2.2.4. vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN);
2.2.5. kağız daşıyıcıda tərtib edilmiş alış aktının seriyası, nömrəsi və tarixi;[3]
2.2.6. sıra nömrəsi;
2.2.7. malın adı;
2.2.7-1. malın kodu;
2.2.7-2. əmtəənin qlobal identifikasiya nömrəsi (GTIN) (olduğu halda);[4]
2.2.8. malın ölçü vahidi;
2.2.9. malın miqdarı;
2.2.10. malın vahidinin qiyməti (manatla);
2.2.11. malın cəmi məbləği (manatla);[5]
2.2.12. sair qeydlər;
2.2.12-1. cəmi;
2.2.12-2. ödəmə mənbəyində tutulan verginin məbləği;[6]
2.2.13. yekun məbləğ (rəqəm və yazı ilə);
2.2.14. malın təqdim edildiyi ünvan.
2.3. Elektron alış aktı aşağıdakı qaydada doldurulur:
2.3.1. “Növü” rekvizitində - elektron alış aktının növü kimi cari, düzəliş və ya ləğv olması;
2.3.2. “Kimdən” sətrində - satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi;
2.3.3. “Kimə” sətrində - vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN);
2.3.4. “Kağız daşıyıcıda tərtib edilən alış aktının tarixi” sətrində - kağız daşıyıcıda tərtib edilən alış aktının seriyası, nömrəsi və tarixi;[7]
2.3.5. “Sıra nömrəsi” sütununda - alınmış malların adlarının ardıcıl nömrələri;
2.3.6. “Malın adı” sütununda - malın adı;
2.3.6-1. “Malın kodu” sütununda – malın kodu;
2.3.6-2. “Əmtəənin qlobal identifikasiya nömrəsi (GTIN) (olduğu halda)” sütununda – Qlobal standart (GS1) tərəfindən yaradılan, üzərində ştrix kodları və rəqəmləri əks etdirən, hər bir məhsul vahidini identifikasiya edən və məhsulun növündən asılı olaraq dəyişən unikal məhsul nömrəsi (olduğu halda);[8]
2.3.7. “Ölçü vahidi” sütununda - malın ölçü vahidi;
2.3.8. “Miqdarı” sütununda - malın miqdarı;
2.3.9. “Malın vahidinin qiyməti (manatla)” sütununda - malın müəyyən olunmuş ölçü vahidinin qiyməti;
2.3.10. “Cəmi məbləği (manatla)” sütununda - malın ümumi dəyəri;[9]
2.3.11. “Sair qeydlər” sütununda - malla bağlı sair qeydlər;
2.3.12. “Cəmi” sətrində - “Cəmi Məbləği (manatla)” sütunundakı məbləğlərin cəmi;[10]
2.3.12-1. “Ödəmə mənbəyində tutulan verginin məbləği” sətrində - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.14-cü maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin məbləği;[11]
2.3.13. “Ünvanda” sətrində - malların təqdim edildiyi yerin ünvanı;
2.3.14. “Təhvil verdim” sətrində - təhvilverən şəxsin soyadı, adı və atasının adı, imza və tarix;
2.3.15. “Təhvil aldım” sətrində - təhvilalan şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, imza və tarix qeyd olunur.
2.4. Elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi proqram tərəfindən avtomatik generasiya olunur.
2.5. Elektron alış aktında məbləğ Azərbaycan Respublikasının pul vahidi - manatla göstərilir.
2.6. Elektron alış aktının hazırlanaraq vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edildiyi tarix həmin elektron alış aktının verilməsi tarixi sayılır.[12]
2.7. Elektron alış aktının bütün xanalarının doldurulması zəruridir, onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən “0” (sıfır) kimi qəbul edilir.
2.8. Düzəliş elektron alış aktı tərtib edildiyi halda, elektron alış aktının “Növü” rekvizitində “Düzəliş” qeydi seçilməklə, düzəliş edilən elektron alış aktının seriyası, nömrəsi və düzəlişin səbəbi “Sair qeydlər” rekvizitində göstərilir.
2.9. Elektron alış aktı tərtib edilən zaman alınmış malların dəqiq adı qeyd edilmədən ümumiləşdirilmiş adlardan istifadə edilməsinə (məsələn, “mallar”, “tikinti materialları” və digər bu kimi adlar) yol verilmir.
3. Elektron alış aktının tətbiqi və istifadəsi
3.1. Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir.
3.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
3.3. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır.
3.4. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvil-qəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır.
3.5. Əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir.
3.6. Əməliyyatın qismən ləğv edilməsi, o cümlədən malların qismən geri qaytarılması halında elektron alış aktının “Xarakteri” rekvizitində “əməliyyatın qismən ləğvi” bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara (kağız daşıyıcıda tərtib edilmiş və vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanmış alış aktına) uyğun olmadığı halda elektron alış aktının “Xarakteri” rekvizitində “ilkin uçot sənədləri üzrə səhv” bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir.
3.7. Ləğv edilmiş və ya düzəliş edilmiş elektron alış aktı çap edilərək, vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən 5 (beş) gün müddətində imzalanır və vergi ödəyicisində saxlanılır.
3.8. Ləğv edilmiş və ya düzəliş edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilmiş SMS vasitəsilə müəyyən olunmuş qaydada təsdiq edilir.[13]
4. Elektron alış aktının uçotunun aparılması
4.1. Elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi - AVİS vasitəsilə həyata keçirilir.
4.2. Elektron alış aktının seriyası və nömrəsi AVİS vasitəsilə verilir. Elektron alış aktının eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir.
Və əgər əsas vəsaiti biz vergi ödəyicisindən alarıqsa, bu həm sadələşmiş, həm mənfəət və yaxudda ki ədv ödəyicisi ola bilər. Bu zaman biz vergi ödəyicisindən əsas vəsaiti alarıqsa mütləq Elektron qaimə faktura vasitəsilə biz onun alışını rəsmiləşdirə bilərik. Paralel olaraq əgər ƏDV ödəyiciksə, eyni zamanda elektron vergi hesab faktura da göndərilməlidir.
Əsas vəsait artıq alınıb ilkin dəyərlə balansa daxil olunduqdan sonra , bizim ilkin edəcəyimiz sənədləşmə işinin əvvəlində komissiyanın yaradılması haqqında əmr-dir. Qeyd edək ki, bu komissiya müəssisə daxilində olan əsas şöbə müdürlərindən ibarət bir komissiya olmalıdır. Burada müəssisənin rəhbəri də iştirak edə bilər, təsərrüfat müdürü ola bilər , baş mühasib olar və s. İşçilərin vasitəsilə toplanıb bir komissiya formalaşmalıdır əmr vasitəsilə. Komissiyanın üzvləri əsas vəsaitin alışı, istismarı, təmiri , silinmə, ləğv olunma ilə bağlı bütün proseslərin aktlaşdırmasının hamsında iştirak edə bilər.
Növbəti bizim addımımız istismar aktı haqqında olacaqdır.
Qeyd edək ki , bu sənədin imzalanması çox vacibdir.Bildiyimiz kimi əsas vəsaitin alışı ilə istismarı arasında müəyyən bir müddət çəkə bilər. Alışı ilə istirsmar müddəti arasındakı tarixdə əsas vəsaitə amortizasiya hesablaya bilmərik. Bu cür əsas vəsaitlər hələ ki,istismara verilməyən əsas vəsaitlər adlanır. Mühasibat uçotunda biz bunu kapitallaşmış məsrəf hesabında 113-nömrəli hesabda uçotunu aparacayıq. Artıq istismar aktı imzalandıqdan sonra , bu tarixdən sonra əsas vəsaitə biz amortizasiya hesablaya bilərik.
AKT №____
Əsas vəsaitin istismara verilməsi haqqında
Mingəçevir şəhəri _____ ______________2019-cu il
Alıcı “Tikqur” MMC və Satıcı “Qursat” MMC-nin tərəflərinin nümayəndələrindən təşkil olunmuş komissiya (Komissiya alıcının ____ _____2019-cu il tarixli, __№-li əmri ilə yaradılmışdır) Mingəçevir şəhəri, Səməd Vurğun küşəsi 19-da qurulmuş əsas vəsait obyektinə (adı yazılmalıdır) baxış keçirib, “Qursat” MMC-nin təqdim etdiyi texniki sənədlərlə tanış olaraq ___ _____2019-cu ildə _____ ____2019-cu ilə kimi ___________(metodologiyanın adı yazılmalıdır) sınaq metodologiyasına uyğun şəkildə aparılmış istismar sınaqlarının nəticələrinə uyğun olaraq aşağıdakı nəticələrə gəlmişdir:
1. _________________________________(adı yazılmalıdır) əsas vəsait obyekti texniki tələblərə uyğundur. (Əgər hər hansı qeyd varsa, “aşağıdakı qeydləri nəzərə almaqla texniki tələblərə uyğundur yazılmalı” və qeydlər sadalanmalıdır)
2. Quraşdırma, montaj və işəsalma fəaliyyətləri layihəyə və texniki təhlükəsizlik tələblərinə uyğun yerinə yetirilmişdir. Əsas vəsait obyekti sənaye, yanğından mühafizə və ekoloji təhlükəsizlik tələblərinə uyğundur.
3. ___________________________________(adı yazılmalıdır) əsas vəsait obyekti sınaqlardan uğurla çıxmış və istismara hazırdır.
(Və yaxud yazılmalıdır: Aktın birinci bəndində sadalanmış qeydlərə uyğun olaraq istismara mane olan qüsur, nöqsan və çatışmazlıqlar (konkret sadalanmalıdır) aradan qaldırıldıqdan sonra istismara verilə bilər)
4. Yekun qeydlər:
1. ___________________________________(adı yazılmalıdır) əsas vəsait obyekti ___ _________2019-cu il tarixdən _______________ ünvanında istismara buraxıla bilər;
2. Təminat verilmiş xidmət reqlamentə uyğun həyata keçirilsin;
3.Akt tərəflərin hər birində bir nüsxə saxlanılmaqla, iki nüsxədə tərtib olunub.
Akta əlavə olunur:
1. ____ ________2019-cu il tarixli, ____№-li işəsalma protokolu (1 nüsxə, 2 səhifə);
2. ____ ________2019-cu il tarixli, ____№-li qeyd və təkliflər jurnalı.
Komissiyanın sədri ____________ ________________
Komissiyanın üzləri
____________ ________________
____________ ________________
(müəssisə rəhbəri)
Tarix:_____________
Əsas vəsaitin istismara qəbul edilməsi haqqında AKT № -
Sex, sahə
Debet
Kredit
Məbləğ (manatla)
İnventar nömrəsi
Xərcin şifri
Köhnəlmə norması
Sərəncama əsasən
2012-ci ildə baxış keçirilmiş ________________ istismara qəbul edilib.
(obyektin adı)
Qəbul edilmə anında obyektin vəziyyəti:
istifadəyə yararlıdır.
Obyektin yerləşdiyi yer: _____________
Köhnəlmə məbləği manat
Avadanlığın növü və şifri
Buraxılış ili
İstismara daxil edilib (ay, il)
Fonda köçürülməyə başlanılan vaxt
Pasport №
Alınma (maliyyələşdirmə) mənbəyi __________________________
Düzəliş əmsalı
Obyektin qısa xarakteristikası:
Artıq əsas vəsait istirmara başlayandan sonra qeyd edək ki , biz paralel olaraq əsas vəsaitin inventar kartoçkasını da açmalıyıq. Bu sənəd çox mühüm sənəddir. Çünkü bütün əsas vəsaitin tarixcə həyatı , onun ömür müddəti dövründə əsas vəsaitlə bağlı bütün işləmlər: Təmir, əsas vəsaitin daxili yerdəyişməsi və əsas vəsaitin başına gələn bütün proseslərin hamsı inventar kartoçkasında qeyd olunmalıdır. Həmin inventar kartoçkasını biz mütləq nömrələməliyik və nömrələnmiş əsas vəsait kartoçkası da əsas vəsaitin üzərinə yapışdırılmalıdır.Və bununla biz əsas vəsaitlərin daxili nəzarətini həyata keçirə bilərik
Növbəti sənəd əsas vəsaitin yerdəyişməsi ilə bağlı olan sənəddir.Əsas vəsaitlər bildiyimiz kimi alış zamanı müxtəlif işçilərin üzərinə təhkim edilə bilər.Müəyyən işçi ola bilər ki, yerdəyişmə etsin, bir şöbədən başqa bir şöbəyə keçirsin. Bir şöbədən başqa bir şöbəyə keçdiyi zaman,əsas vəsaiti də keçirmə zamanı daxili yerdəyişməsi bu sənəd vasitəsilə rəsmiləşməlidir.Və təbii ki, bunlar da inventar kartoçkasında həyata keçirilməlidir.Bununla paralel onu da qeyd edək ki, əsas vəsait ola bilsin müəyyən bir dövrdə təmir oluna bilər,təmir prosesi və qeydiyyatı da inventar kartoçkasında qeyd olunmalıdır.
Artıq əsas vəsait istifadə olunub, öz dəyərinin tamamilə məcəlləyə uyğun və ya qanunvericiliyə uyğun maliyyə uçotunda tam şəkildə istismarı başa çatdıqdan sonra əsas vəsaitin dəyəri bildiyimiz kimi 0-lanır. Bu 0-lanma əsas vəsaitin ləğv olunması və ya xaric olunması demək deyil. Çünkü biz bilirik ki,əsas vəsait 0-lanandan sonra da, müəssisə daxilində istifadə etmək olar.
Bu prosesin rəsmiləşdirilməsi üçün əsas vəsaitlərin silinməsi haqqında akt vasitəsilə həyata keçirilir
Qeyd edək ki, bu sənəd də çox vacibdir. Silinmə zamanı, əsas vəsaitin qalıq dəyəri müəyyən həddə çatan həmin əsas vəsaitin siyahısı hazırlanır və siyahıda komissiyada görsənən akt vasitəsilə qeyd olunur ki, aşağıda görsənən əsas vəsaitlər silinir və silinmədən sonra əsas vəsait ola bilsin ki, bir neçə il biz onu istifadə edə bilərik. Qeyd edək ki, artıq əsas vəsait sonrakı dövrdə də, istirsmar olunduqda tam şəkildə yararsız hala gəlib çatdıqda növbəti bir sənədimiz olan əsas vəsaitlərin ləğv olunması haqqında sənəd vasitəsilə rəsmiləşdirilir.
Bu sənədin ləğv olunma prosesi komissiya tərəfindən izlənməlidir.Əsas vəsaitin yandırılması ola bilər,onun müəyyən bir basdırılması ola bilər və ya ola bilsin ki müəyyən zibil fabriklərinə təhvil verilməsi ilə bağlı da orada sənəd əldə edilməlidir.Beləliklə də bu sənəd ilə də artıq tamamilə müəssisədən əsas vəsaitin xaric edilməsi təsdiqlənir.
Əsas vəsaitlərin mühasibat uçotu haqqında qanuna əsasən onun inventarizasiyasının da aparılması da zəruridir. İnventarizasiya aparılmasında əsas məqsəd ondan ibarətdir ki, sənəd üzərində olan məlumatlarla faktiki məlumatları tutuşduraq müqayisə aparmaq və artıq gəlmə əskik gəlməni müəyyən etməkdir.
Qeyd edək ki, bu akt imzalanmamışdan qabaq mütləq müəssisə daxilində inventarizasiya haqqında əmr verilməlidir.Artıq əmr vasitəsilə təsdiq olunduqdan sonra,müəssədə inventarizasiya aparılır. Akt vasitəsilə rəsmiləşdirilir və fərqlər həmin aktda görsənir.Ola bilsin ki fərq yoxdur tam şəkildə sənəd məlumatı ilə faktiki məlumat uyğundur, yenə həmin akt vasitəsilə bu sənəd təsdiqlənir.
Gördüyümüz kimi əsas vəsaitlərin rəsmiləşdirilməsi çox mühüm prosedurlardan biridir və çoxlu sənədlər vasitəsilə rəsmiləşdirilir. Əgər biz bu sənədləri qanuna uyğun şəkildə tərtibini aparırıqsa o zaman təbii ki müəssisədə uçotu aparmaq qaydalarını yerinə yetirmiş olarıq və müəssisəni bununla bağlı olan cərimələrdən qutarmış olarıq.
“Aktivlərin və öhdəliklərin inventarizasiyası
Qaydaları”na 1 nömrəli əlavə
________________________________________________________________________________________
(Təşkilatın adı)
«____»________________20___ci il üçün
İNVENTARİZASİYA SİYAHISI № ______
Komissiya heyəti ________________________________________________________________________
(vəzifəsi, soyadı, adı və atasının adı)
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
«______»_______________20_______ci il tarixli____________________№-li əmrə əsasən
_________________________________________________________________________________________
(yoxlanılan yeri, maddi-məsul şəxsin
_________________________________________________________________________________________
vəzifəsini, soyadını, adını və atasının adını göstərmək)
_________________________________________________________________________________________
_________________________________________________öhdəsində olan maddi qiymətliləri yoxladıq.
Təşkilatın rəhbərinin qərarı.
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
__________________________________________________________________________________________________________________________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
_________________________________________________________________________________________
İLTİZAMNAMƏ
(inventarizasiya başlamazdan əvvəl qanunlaşdırılır)
Mən________________________________________________________________________________
(vəzifəsi, soyadı, a, a.)
bu iltizamnamə ilə bildirirəm ki, inventarizasiya müddətinə kimi öhdəmdə olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişəm. Kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmişəm heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə almamışam.
Maddi-məsul
Şəxsin imzası _______________________________________________
«____»________________20____ci il üçün